Son dəqiqə
4-06-2021, 13:57
1667

Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO

Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO


İyunun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan prezidenti Arif Alvi ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən XəbərTv.info-ya verilən məlumata görə, qardaş ölkənin prezidenti bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir.

Qeyd edib ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb.

Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb.

Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb.

“Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq”, - deyə o bildirib.

Sahibə Qafarova ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını prezident Arif Alviyə çatdırıb.

Bildirib ki, İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

“Ölkələrimiz İƏT PA ilə yanaşı, digər beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli əməkdaşlıq edirlər”, - deyə spiker əlavə edib.

Pakistan prezidentinin 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində ölkəmizə səfərini xatırladan spiker diqqətə çatdırıb ki, bu günə qədər ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış hüquqi sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir:

“Bu xüsusda 2015-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir”.

Milli Məclisin sədri bildirib ki, iqtisadi və ticarət əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var:

“Humanitar sahədə əməkdaşlığın davamlı inkişafına xüsusi diqqət ayrılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələr sayəsində Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan “Hilal-e Pakistan” ilə təltif olunub”.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən danışan spiker bildirib ki, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub.

Xocalı soyqırımını, saysız-hesabsız müharibə cinayətlərini törədən Ermənistan işğalçıları kapitulyasiya aktına imza ataraq acı məğlubiyyətlə barışmalı oldular. Sədr qeyd edib ki, Azərbaycan ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına dair 4 qətnaməni özü həyata keçirib.

Sahibə Qafarova deyib ki, indi isə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində yeni dövr başlayıb – genişmiqyaslı bərpa və yenidənqurma dövrü:

“Lakin münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan işğaldan azad olunmuş ərazilərimizə terrorçu dəstələr göndərir, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, sərhədlərin delimitasiyasına maneə olur”.

Sədr qardaş Pakistan hökuməti və parlamenti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən mənəvi köməyə görə minnətdarlığını bildirib.

Qeyd edib ki, Pakistan parlamentinin keçmiş Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barəsində qəbul etdiyi bir sıra qətnamə və bəyanatlar da bu dəstəyin önəmli hissəsidir:

“Pakistan parlamentinin Vətən Müharibəsi dövründə də prinsipial mövqeyini birmənalı şəkildə ifadə etməsi Azərbaycanda yüksək qiymətləndirilir.

Hər iki ölkənin parlementində fəal işguzar əlaqələr saxlayan, müxtəlif məsələlər üzrə dəstəyini ifadə edən dosltuq qruplarının fəaliyyət göstərməsi ali qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir”.

Sahibə Qafarova Pakistan prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib və kitabdakı materiallar barədə məlumat verib.



XəbərTv.info

Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}