Son dəqiqə
6-12-2019, 06:12
804

Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"

Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"

"Mən doğrudan da Şamaxıda tez-tez oluram. Bir tərəfdən ona görə ki, Şamaxıya xüsusi diqqət göstərilir. Çünki bu, doğrudan da bizim tarixi şəhərimizdir. Ta qədim xəritələrdə Şamaxının adı vardır. Ona görə bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir".

XeberTv.info reporta istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib.

Azərbaycan Prezidenti deyib: "Biz Şamaxının tarixini, mədəni irsimizi qorumalıyıq. Digər tərəfdən, son illərdə Şamaxıda bir çox açılışlar olub, mən burada bir çox obyektlərin fəaliyyətə başlamasını qeyd edirdim. Ona görə mən Prezident kimi Şamaxıda 12 dəfə olmuşam. Bu səfər 13-cüdür. Bu il isə 3-cü səfərdir. Birinci səfərlər zəlzələ ilə bağlı idi. Fevral ayında və ondan sonra birinci evlərin, o cümlədən Saray nənənin evinin yenidən tikilməsini qeyd etmək üçün gəlmişdim. Onu da bildirməliyəm ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların problemləri daim diqqət mərkəzindədir. Mən bu işlə demək olar ki, müntəzəm maraqlanıram. Bu gün yeni çoxmərtəbəli evin açılışını da qeyd edəcəyik. Əsas yükü təbii ki, dövlət öz üzərinə götürübdür. Amma mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Mən dedim ki, şamaxılıların, zəlzələdən əziyyət çəkmiş bütün vətəndaşların məişət problemləri həll olunmalıdır və həll olunur. Necə ki, İsmayıllı və Ağsu rayonlarında, orada da böyük tikinti işləri aparılır. Bu, bir daha bizim siyasətimizi göstərir. İndi təbii fəlakətlər hər bir ölkədə baş verir. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər. Bir neçə il bundan əvvəl bizdə həm daşqın olub, həm də şimal-qərb bölgəsində zəlzələ olub. Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır".

Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}