Son dəqiqə
Cəmiyyət
20-08-2021, 11:56
2441
Həftəsonu nəqliyyatın hərəkəti bərpa ediləcək? - AÇIQLAMA
“Həftəsonu nəqliyyatın məhdudlaşlaşdırılması əsəs məqsədi aktivliyin azaldılması ilə əlaqədardır”.
Xəbərtv.info bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, aktivlik artan kimi yoluxma sayı da kəskin artır:
“Sentyabrın əvvəlinə qədər hələ vaxt var. Gələn ayın ortalarında ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq həftəsonu nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bağlı qərar qəbul edilə bilər”.
O qeyd edib ki, hələlik həftəsonu nəqliyyatın fəaliyyəti barədə bağlı müzakirələr aparılmır.