Son dəqiqə
7-09-2021, 16:01
2426

Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”

Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”


“Füzuli Hava Limanının istifadəyə verilməsi bizi Zəngəzur dəhlizinin astanasına gətirib çıxarır”.

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili sentyabrın 5-də Azərbaycanın iki hava təyyarəsinin Füzuli Hava Limanına eniş etməsini zəfər tariximizin daha bir şanlı səhifəsi kimi qiymətləndirib: “Cənab prezidentin qeyd etdiyi kimi, bu hadisə Qarabağa, Şərqi Zəngəzura böyük qayıdışımızın reallığa çevrilməsi anlamına gəlir. Füzuli Limanı Qarabağın hava qapısıdır. Bütün beynəlxalq standartlara cavab verən hava limanı cəmi 9 ay müddətinə tamamlandı. Füzuli Hava Limanının inşa edilməsi “Böyük Qayıdışın” start verməsinə zəmin yaratdı. Bundan əlavə 2 hava limanı da Qarabağda istifadəyə veriləcək. Onların mülki istifadəsi ilə yanaşı hərbi təyinatı da var. Lazım olan anda həmin hava limanlarından hərbi təyinat üzrə də istifadə edə biləcəyik. Bu, həm də Ali Baş Komandanın uzaqgörənliyinə işarə edir”.



V.İskəndərov Füzuli hava Limanının əhəmiyyəti barədə bunları deyib: “Hava limanları iqtisadi cəhətdən gəlir gətirən obyektlərdir. Bu liman həm xarici turistlərin, həm də yerli vətəndaşlarımızın dilbər guşələrimizə getməsi üçün önəmli vasitədir. Vətəndaşlarımızın Füzuliyə hava vasitəsilə getməsini zəfər səfəri də adlandırmaq olar”.



Deputat vurğulayıb ki, biz tezliklə Qarabağda dinamik, qaynar həyatın şahidi olacağıq: “30 ilə yaxın həsrətində qaldığımız bölgələrimizi hər birimiz tezliklə gəzib görəcəyik. Bu işlərin sürətlə və keyfiyyətlə görülməsi həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Bu günə qədər qısa vaxt ərzində dünya səviyyəli hava limanının inşasının şahidi olmamışam. Ölkə başçısı da bunu vurğulamışdı. Bu limanın qısa müddətdə inşası ölkənin siyasi rəhbərinin gücündən xəbər verir. İlham Əliyev dünyanın sayılıb-seçilən, xüsusi çəkisi olan liderlərindən biridir. Son zamanlar dondurulmuş münaqişələrin mövcudluğunu nəzərə alsaq, biz Qarabağa qayıdışımızla həm də dünyaya bəyan edəcəyik ki, güclü ölkəyik, heç kim bundan sonra Azərbaycanla hərb dilində danışa bilməz. Zəngəzur dəhlizinin açılması ilə həm dəmir yolu, həm avtomobil yolu və eyni zamanda hava limanlarından istifadə ölkəmizin iqtisadi gücünü daha da artıracaq. Həmçinin turizm potensialının tezliklə yüksəldiyinə şahid olacağıq”.






Digər xəbərlər

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Formula 1 üzrə Azərbaycan Qran Prisində sıralama turu qəza ilə başladı
Azərbaycanlı müğənninin rəfiqəsi onu digər qızlara qısqanaraq klubda dava salıb aktrisanı döydü - FOTO
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb
Tovuzda kütləvi dava: Bıçaqlananlar var
Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib
Bakıya 320 yeni avtobus gətirilir
“Dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?”
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
Qazax rayonunda təhlükəli sursat aşkarlanıb
Vanda 3 türk əsgər şəhid oldu
Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİAv
“WhatsApp”la bank kartlarına hücum edilir - FOTO - XƏBƏRDARLIQ
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
MN: "Ordumuzun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır"
Hündürlüyü 10 metrə çatan sel yaşayış məntəqələrinə doğru gedir -
Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib
Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı
Saatlıda 21 şagird məktəbdən uzaqlaşdırılıb ? -
Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
“Keşlə” futbol klubu Şamaxıya köçür
DYP: Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Azərbaycanda COVİD-19: daha 1 690 yeni yoluxma
Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT - FOTO
{sape_links}{sape_article}