Son dəqiqə
30-09-2021, 17:57
2417

Əri döydüyü üçün polis şöbəsinə şikayətə gəlibmiş

Əri döydüyü üçün polis şöbəsinə şikayətə gəlibmiş


Bu gün polis işləyən əri İsmayıl Məmmədov tərəfindən polis şöbəsində güllələnərək öldürülən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova cütlüyün mübahisəsi ilə bağlı danışıb.

XəbərTv.info Baku TV-yə istinadən məlumat verir ki, mərhumun xalası N.Məmmədova deyib ki, İ.Məmmədov çox qısqanc olduğu üçün Xanıma onlarla əlaqə saxlamağa da icazə vermirmiş: “Biz onların ailəsinə heç vaxt qarışmamışıq. Mən Bakıda olsam da həmişə istəmişəm ki, bizə gəlsinlər, amma gəlməyiblər. Həyat yoldaşı çox qısqanc idi, heç yerə getməyə qoymurdu.

Yeddi ilə yaxın idi ki, evli idilər. Xanım Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişdi. İkinci kursda oxuyanda İsmayıl elçi göndərmişdi. Bir-birilərini sevib evlənmişdilər.

İki övladları var. Böyük uşağı 1-ci sinfə gedir. Xanım səhər anasına zəng edibmiş, bacım da deyib mən qarışmıram. Bildiyimə görə, İsmayıl Xanımı döydüyünə görə ondan şikayət etməyə gəlibmiş”.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü İ. Məmmədov əslən Xocalı rayonundandır. Atası, Məmmədov Vaqif Şamil oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.

Rəsmi açıqlamaya görə, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Digər xəbərlər

Putin Mi-24 helikopterinin vurulması barədə: “İlham Əliyev günahkarların cəzalandırılacağına söz verdi”
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
4 məktəb direktoru işdən azad edilib, 3-nə şiddətli töhmət verilib
“Qızımın ölümündə əli olanlar hələ də azadlıqdadır” - Nərminin atası
Bərdədə orta məktəbdə tərifnamə BİABIRÇILIĞI
"Qırmızı berelilər"lə XİN binasındakı etirazçılar arasında toqquşma oldu -
ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Xəstəxana direktoru vəzifəsindən azad edildi
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Arif Alışanov yenə sifariş verə biləcəkmi?
Azərbaycan və Türkiyə hərbi təyyarələri birgə təlimdə döyüş uçuşları həyata keçiriblər -
Hacı Şahin Həsənlinin yutubdakı videolarını silənlərin məqsədi nədir? - VİDEO
Qolu qandallı erməni leşlərinin SİRRİ - VİDEO
Gəncədə test nəticələri neqativ çıxan şəxslər karantinə alınır? - AÇIQLAMA/VİDEO
Xətai rayonunda əhaliyə tibbi maskalar paylanılır - FOTO
Milli Məclisin Aparatı buraxılıb - EKSKLÜZİV
Bakıda idman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırılıb
“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda
Sahil Babayevin işçiləri ƏLİLİN HAQQINA NECƏ GİRİR... - VİDEO
Bakıda qısqanc kişidən dəhşətli əməl – Başına bıçaq soxdu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!
Ağstafa su kanalında əl qumbarası tapılıb
Ramin Bayramlı dəbdəbəli villa tikdirir
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Azərbaycanda Siqaret Monopoliyası: Araz Ağalarov, Cavanşir Feyziyev Və…
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - FOTO
Avtobuslarda sərinləndirmə sistemləri işə salınacaq
Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi
Ermənistanda bir gündə 2000-dən çox yoluxma aşkarlandı
{sape_links}{sape_article}