Son dəqiqə
9-10-2021, 14:35
2470

Avtovağzalda və ətrafında niyə hamı narazıdır?

Avtovağzalda və ətrafında niyə hamı narazıdır?


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən oktyabrın 1-dən rayonlararası sərnişindaşımada COVİD-19 pasportu tələb olunur. Pasportu və ya əks-göstəriş sertifikatı olmayan sərnişinlərə bilet satılmır.

Qərarın tətbiqindən cəmi 1 həftə keçsə də, avtobuslarla rayonlara gedən sərnişinlərin sayı kəskin azalıb. Pandemiyanın pik vaxtlarında işləmədiklərindən ziyana düşən avtobus sürücüləri indi də sərnişin azlığından şikayətçidirlər. Onların sözlərinə görə, reysə çıxmaq sərfəli deyil, məsələn, 45 sərnişin tutumu olan avtobusla cəmi 10-15 sərnişin daşıyırlar. Sərnişin azlığından avtobusların hamısı reysə çıxa bilmirlər. Amma tək şikayətçi sürücülər, sərnişindaşıma xidməti göstərən sahibkarlar deyil. COVİD-19 pasportu olmayan sərnişinlər də narazıdırlar. Çünki taksilərin ümidinə qalıblar, onlar isə fürsətdən istifadə edərək gedişhaqqını bahalaşdırıblar.



virtualaz.org yeni qərarın tətbiqindən sonra rayonlara sərnişindaşıma ilə bağlı vəziyyəti öyrənib. Bəlli olub ki, son 5-10 gündə gedişhaqqı ən azı 5-7 manat bahalaşıb. Taksilər Beynəlxalq Avtovağzalın ərazisinə buraxılmır, yol kənarlarında dayanmalarına da icazə verilmir. Bununla belə, maşınlarını dayanacaqlarda saxlayıb sərnişin götürmək üçün şirin dilini işə salan, müştəri uğrunda mübahisə edən sürücülər yenə də iş başındadılar.

“Jurnalistlər çörəyimizə bais olur...”

Bunu taksi sürücülərdən biri deyir və əlavə edir ki, jurnalistlər onlar üçün arzuolunmaz şəxslər siyahısındadılar. Çünki onların gündəlik güzaranından yazılmır, yalnız fəaliyyətləri tənqid edilir.



“Hər dəfə gəlirlər, çəkirlər, yazırlar, bizi işə salırlar. Bir parça çörəyimizdən oluruq”, - Gəncəyə sərnişin daşıyan “Vito” mikroavtobusun sürücüsü deyir və bizə ərazidən uzaqlaşmağımızı məsləhət görür.

Yolun qarşı tərəfinə keçirik, bizi sərnişin hesab edən sürücü gediş haqqı ilə bağlı məlumat verir. Gəncəyə “Vito” ilə getmək 10-12 manata başa gəlir. Sürücü arxayın edir ki, yolda saxlayıb COVİD-19 pasportu tələb edərlərsə, sərnişin problem yaşamayacaq, uzaqbaşı pasportsuz sərnişin daşıdığına görə onun özü cərimələnəcək. Taksi sürücüsü isə araya girir, deyir ki, 20 manata Gəncədəki evə qədər aparır, üstəlik, yolda saxlayıb pasport tələb edən də olmayacaq.

Qiymət 2 dəfə artıb...

Bir anda taksi sürücülərinin əhatəsində qalırıq. Bizi sərnişin zənn edən sürücülər mübahisəyə başlayırlar, 20 manatdan təklif edilən gedişhaqqı 17 manatadək endirilir. Qərb və cənub bölgəsinə gediş haqqı 20 manatdan başlayaraq 25 manatadək davam edir. Uzun müddət müştəri gözləyən sürücülər 2-3 manat endirim edirlər ki, yola çıxa bilsinlər. Məsələn, Yevlaxa sərnişin daşıyan sürücü and-aman edir ki, dünən 20 manatdan aşağı sərnişin aparmayıb. Bu gün 2 nəfər tapıb, yola çıxmaq üçün daha 2 nəfərə ehtiyacı var, 3 saatdan çoxdur digər 2 müştərini dilə tutub yubadır. Buna görə də 18 manata aparmağa razıdır.



Yoldaşlarının Abbas deyə çağırdığı sürücü isə bildirir ki, yanacaq bahalaşıb, gediş-gəliş çətinləşib. Bir tərəfdən də avtobusların fəaliyyətinə icazə verilib. Bayram, ya tətil də deyil ki, müştəri çox olsun. Adətən bayramlarda qiyməti 3-4 manat artırırlar. İndi isə bu qiymət də sərfəli deyil: “Avtobuslar böyükdür, adambaşına 10 manatdan yığanda sərf edir. Amma biz dörd adamla bu yolu 10-12 manata gedə bilmirik. Tələsən, işi olan bizimlə gedir, ucuz getmək istəyən avtobusu gözləyir”.

Xaçmaza sərnişin daşıyan Rauf isə deyir ki, indi əvvəlki vaxt deyil, maşının dolmasına görə saatlarla gözləməyə məcburdurlar.

“İndi hər şeyin qiyməti qalxıb, sürücünü də qınamayın. Tək yanacaq deyil, maşının ehtiyat hissələri 4-5 dəfə bahalaşıb. Hələ üstəlik, əlavə xərclərimizi demirəm”.

Onu da öyrənirik ki, İmişli, Beyləqan, Daşburun, Əhmədbəyli, Füzuli istiqamətində də gediş haqqı ən azı 5 manat qalxıb.

“COVİD-19 pasportu yoxdur, vağzala buraxmadılar”

Oğlu ilə birgə Bərdəyə gedən sərnişin də “Vito” sürücüsünə qoşulub müştəri səsləyir. Deyir ki, axşam rayonda olmalıdırlar, amma saat yarımdır avtomobilin dolmasını gözləyirlər.

“Mən vaksin vurdurmuşam, oğlum vurdurmayıb. Avtovağzala buraxmadılar, sürücüyə dedim, bu boyda avtobusu kimdir yoxlayan, qoy gedək. İcazə vermədi, 40 manat da taksiyə verib getməyə imkanım yoxdur. Saat yarımdır gözləyirik”,- sərnişin gileylənir. Əlavə edir ki, sərnişindən çox taksi var. Heç kim bir-birinə güzəşt etmir. Halbuki növbə ilə çıxsalar, gecikmə olmaz.

Ciddi tədbirlər görüləcək

Bəs sərnişindaşımaya cavabdeh strukturlar hansı tədbirləri görür, yaxud görməyi planlaşdırır?


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və taksi sürücülərinin kompakt toplaşdığı digər ərazilərdən rayonlara qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Gələn həftədən yol polisi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə reydlərə başlayacaq. Xidmətin açıqlamasında deyilir ki, qeyri-qanuni daşımalar çox ciddi problem yaradır. Ən böyük problemlərdən biri də qiymət artımıdır. Tarif Şurasının müəyyən etdiyi standart qiymətlər var və tariflər "avtovağzal.az" saytında da qeyd olunur. Qiymətlər sərnişinlərə kassalarda rəsmi qaydada təqdim edilir.

Amma xidmətin özü də etiraf edir ki, qanunsuz sərnişin daşımaların, başqa sözlə, taksilərin kökünü birdəfəlik kəsmək mümkün olmayacaq. Uzaqbaşı bir yerdən başqa bir əraziyə köçəcəklər. Hələlik, bir yanda, sərnişin olmadığından narazılıq edən sahibkarlar, avtobus sürücüləri, digər yandan çörəkpulu qazanmaq üçün yola çıxan taksilər var. Heç bir təhlükədən sığortalanmayan sərnişinlərin şikayət və narazılıqları da öz yerində...

XəbərTv.info

Digər xəbərlər

Rektor öz qohumlarını ATU-ya doldurdu -
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
Azərbaycan ordusu 24 günə Ermənistanın illik büdcəsinə bu qədər ziyan vurub
"Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI
“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” - VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Keçmış nazirin övladları Azərbaycandan köçüb - VİDEO
İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Neçə xanım deputat oldu?
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
Bakıda bu özəl klinika bağlandı
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi
“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Bennett İsrail üçün əsas təhlükəni adlandırıb
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Türkiyədə küçələrdən birinə şəhid general Polad Həşimovun adı veriləcək
Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sabah hava şəraiti necə olcaq?
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
{sape_links}{sape_article}