Son dəqiqə
Kriminal / Ölkə
26-10-2021, 10:11
445
Bakıda “Gelandewagen” polis maşınını vurub
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə XəbərTv.info-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, hadisə paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.