Son dəqiqə
16-05-2022, 11:59
425

Azərbaycanda yanacaq bahalaşacaq? - "SOCAR Petroleum"dan açıqlama

Azərbaycanda yanacaq bahalaşacaq? -

“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində yanacağın sürücülərə məhdudiyyətlə satıldığı iddia olunur.

Xəbərtv.info yazır ki, bu barədə Yeniavaz.com-a müraciət edən sürücülər iddia ediblər ki, “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin və dizelin satışı məhdudlaşdırılıb. Bildirilir ki, bu növ yanacaqların 30 manatdan çox alışına icazə verilmir.
Sürücülər iddia edirlər ki, yaxın gələcəkdə yanacağın qiyməti bahalaşacaq və SOCAR həmin vaxta qədər maksimum az yanacaq satmağa çalışır.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məsələ ilə bağlı Yeniavaz.com-un sorğusunu cavablandırdı. O bildirdi ki, ölkədə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və Aİ-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur:
“Qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR Petroleum” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər”.
Ü. Həbibbəyli yanacağın qiymətinin bahalaşacağı ilə bağlı iddialara da münasibət bildirib:
“Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri Tarif Şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir”.

Digər xəbərlər

Bərdə terrorunda həlak olanların adları açıqlanıb - Siyahı
“Jurnalistlərə heç bir qadağa qoyulmayıb” – DİN-dən ittihamlara cavab
Türkiyə millisi karantinə alındı
Bakıda nəhəng ölçülü şişi olan körpə doğulub
“Qırmızı Körpü”nün sabiq baş inspektoru məhkəmə zalında həbs edildi
Bakıda iki qadın evə basqın edib - VİDEO
Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb
Ukraynadakı səfirimiz “hansısa Türkiyə bizə kömək etməyib” -deyib, Rusiyaya təşəkkür etdi İLGİNC AÇIQLAMA
Təhsil eksperti o statusu niyə yazmışdı? - AÇIQLAMA
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmət əlavə olunacaq
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada öldü
AMB sədrindən bağlanma riski olan banklar barədə AÇIQLAMA
Masallı rayon xəstəxanasında əməliyyat keçirildi - Baş həkim saxlanıldı
Bakı Novruz bayramı münasibətilə bəzədilib - VİDEO
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Naxçıvan Universitetində “növbədənkənar birgünlük tətil”: - Tələbələrə danışmaq niyə qadağan olundu?
"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB
Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar  gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir
Rusiyada super antibiotik hazırlandı
Ağcabədi sakininin əlində qumbara partladı
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO
Sabahın hava proqnozu
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Ramiz Mehdiyev qalmaqallı toyla bağlı AÇIQLAMA verdi
Ermənistan tərəfi mülki tikililəri atəşə tutub
Tramp Pentaqon rəhbərini istefaya göndərdi
MTRŞ Elgizin verilişinə görə ARB-ni cəzalandırdı: yayım altı saatlıq dayandırılacaq
Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış
“Johnson & Johnson” şirkəti səhvini etiraf etdi
{sape_links}{sape_article}