Son dəqiqə
27-01-2020, 10:38
610

"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY

"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY

“Əzab verən ağrılara artıq dözümüm qalmayıb. Rayonun səhiyyə idarəsi isə deyir, get, birtəhər canını dişinə tut, ölmə, sığorta məsələləri bitəndən sonra hər şey yaxşı olacaq”. DİA.AZ xəbər verir ki, Şəmkirin Təzəkənd kəndinin sakini, 73 yaşlı Tariyel Əliyev prostat adenomasından (prostatın böyüməsi) əziyyət çəkir. Deyir, təcili cərrahiyyə əməliyyatı olunmalıdır, ancaq maddi imkansızlıqdan günbəgün artan ağrılarıyla baş-başa qalıb.

“Şəmkirdəki həkimlər deyir, yaşın çoxdur, açıq əməliyyatdan sağ çıxmazsan, lazer əməliyyatı təklif edirlər. Mənim də bu əməliyyata maddi imkanım yetmir. Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm. Ötən ilin sonundan nazirliyə bir neçə dəfə məktub yazıb, kömək istəmişəm. Heç bir müraciətimə cavab almamışam”, – şikayətçi deyir.

Tariyel Əliyevin sözlərinə görə, rayon səhiyyə idarəsinə etdiyi müraciətinə cavab verilib ki, birtəhər dözsün, icbari tibbi sığorta məsələləri bitəndən sonra sığortayla əməliyyat oluna biləcək.

“Belə çıxır ki, bu məsələlər başa çatınca mən bu ahıl yaşda ağrıdan qovrula-qovrula ölüb getməliyəm. Ona görə də bu başdan deyirəm, bunların icbari sığorta məsələləri başa çatanadək ağrılara dözməyib ölsəm, bu səhiyyə sisteminin əli mənim qanıma batmış olacaq. Mənim qanım bu yarıtmaz səhiyyənin üzərində, şəxsən səhiyyə nazirinin üzərində qalacaq”, – Tariyel Əliyev bildirir.

O, artıq dövlətin səhiyyəsindən əlini üzüb və xeyirxah insanlara üz tutub: “Adını pulsuz səhiyyə qoymusuz, ancaq mənim kimi imkansız insanlar səhiyyənin qapısına gedəndə, pulu yoxdur deyə, “əməliyyata alarıq, sağ çıxmazsan” deyib, insanları qorxudurlar. Verdiyiniz təqaüd hər dəfə qanın müayinəsinə, başqa müayinələrə xərclənir və pul çatmadığı üçün müayinələrim yarımçıq qalır. Budurmu dediyiniz pulsuz səhiyyə? Dövlətin sığortasını gözləməyə səhhətim yol vermir. Kəskin ağrılarım olur, bu yaşda o ağrılara dözmək zülmdür. Dövlətin büdcəsindən səhiyyəyə milyonlar ayrılır, nəyə görə vətəndaşın pulu olmadığı üçün onu xəstəxanadan geri çevirməlidilər? Ancaq bilirəm ki, sizdən də cavab gəlməyəcək. Ona görə də üzümü imkanlı və içində hələ də insanlıq, xeyirxahlıq hissləri ölməyən şəxslərə tutub kömək istəyirəm. Əməliyyatıma yardımçı olsunlar, məni ağrılardan qurtarsınlar”.

Digər xəbərlər

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Formula 1 üzrə Azərbaycan Qran Prisində sıralama turu qəza ilə başladı
Azərbaycanlı müğənninin rəfiqəsi onu digər qızlara qısqanaraq klubda dava salıb aktrisanı döydü - FOTO
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb
Tovuzda kütləvi dava: Bıçaqlananlar var
Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib
Bakıya 320 yeni avtobus gətirilir
“Dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?”
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
Qazax rayonunda təhlükəli sursat aşkarlanıb
Vanda 3 türk əsgər şəhid oldu
Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİAv
“WhatsApp”la bank kartlarına hücum edilir - FOTO - XƏBƏRDARLIQ
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
MN: "Ordumuzun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır"
Hündürlüyü 10 metrə çatan sel yaşayış məntəqələrinə doğru gedir -
Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib
Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı
Saatlıda 21 şagird məktəbdən uzaqlaşdırılıb ? -
Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
“Keşlə” futbol klubu Şamaxıya köçür
DYP: Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Azərbaycanda COVİD-19: daha 1 690 yeni yoluxma
Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT - FOTO
{sape_links}{sape_article}