Son dəqiqə
27-09-2024, 11:16
236

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur

Paşinyanın sülh adına imzalamaq istədiyi sənəd budur







Ermənistan və Azərbaycan arasında davam edən danışıqlar çərçivəsində masada müzakirə edilən sülh yox, prinsiplər sazişidir. Yəni gələcək sülh sazişinə aid prinsiplər, tezislər orada öz əksini tapıb və bu sazişdə tərəflərin hansısa öhdəlikləri yoxdur. Bu prinsiplər əsasında gələcəkdə hansı danışıqlar gedəcək, onlar təsbit olunur. Həmin sənəd gələcəkdə gedəcək proseslərin bünövrəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa hazır olması barədə bəyanatını şərh edərkən deyib.

"Əgər o bünövrədə əsas məsələlər əksini tapmırsa, Ermənistan bizim prioritet olaraq gördüyümüz məqamları qəbul eləmirsə, deməli, gələcək sülh prosesi də təhrif olunur. Yəni gələcəkdə baş tutacaq danışıqlar lazımi istiqamətdə getməyəcək. Mübahisənin mənası ondan ibarətdir ki, Ermənistan bizə və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və bu iddialarından əl çəkmək istəmir. Paşinyan istəyir ki, hansısa yüngül versiyaya, mənasız bir sənədə qol çəksin. Təbii ki, Azərbaycan da bununla razılaşmır. Hamıya Ermənistanın Qarabağla bağlı bu və ya digər şəkildə olan maddələri heç bir şəkildə qəbul etmək istəmədiyi məlumdur. Digər tərəfdən, Ermənistan öz qanunvericiliyinə də dəyişiklik etmək, ərazi iddialarını çıxarmaq istəmir. Onların bu addımı məntiqə uymayan davranışdır və Ermənistanın əsl istəklərini ifşa edir. Belədirsə, gələcək sülh prosesi ilə bağlı danışıqlar da öz mənasını itirir".

Xebertv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!