Son dəqiqə
30-09-2020, 08:11
798

ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır

ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır


ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin önündə böyük mitinq keçirməyə hazırlaşır.

Oktyabr ayının ikisinə planlaşdırılan mitinq üçün ABŞ-da fəaliyyət göstərən erməni radio və xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə məlumatlar paylaşılır və həmin gün bütün erməni icmasının üzvlərini aktiv olmağa səsləyirlər.

Yayılan məlumatlarda qeyd olunub ki, ABŞ-ın bir çox şəhər və ştatlarında yaşayan ermənilərin Vaşinqtona gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri təşkil olunacaq.

“Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli “Report”a açıqlamasında bildirib ki, bu aksiyada azərbaycanlılara qarşı təxribat olacağına dair dəqiq məlumatlar var:

“Bu səbəbdən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri erməni təxribatına getməməli, səbirli olmalıdırlar. Azərbaycanlılara tövsiyə edirəm ki, ermənilərin planlaşdırdıqları aksiyalara qatılmasın, xüsusilə oktyabr ayının 2-də səfirlik binasının önünə gəlməsinlər.

Onların təxribatlarına məhəl qoyulmamalı və soyuqanlılıq nümayiş etdirməliyik. Hələ yolun başındayıq. Heç bir provokasiyaya getmək lazım deyil. Səbirlə nəticəni gözləməliyik. Aksiyalarda onların qarşısına çıxmaqla çirkin planlarının bir parçası ola bilərik. ABŞ-da erməni lobbisi nə qədər güclü olsa da, ən son Los-Ancelesdə yaşanan hadisələrdə əsl kimliklərini ortaya qoydular. ABŞ ictimaiyyəti artıq müəyyən mənada hadisələrdən məlumatlıdırlar”.(report)

XeberTv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!