Son dəqiqə
21-10-2024, 22:16
287

Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?

Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?






Tez-tez məktəblərdə baş verən neqativ hadisələrlə bağlı məlumatlar yayılır. Kimsə kimisə vurdu, şagirdləri incitdilər, nalayiq hərəkət etdilər, pul yığırlar və s. Əsas hədəf də dövlət məktəbləridir. Bir çox hallarda xəbərlər təsdiqini tapmır, yaxud yanlış olur. Çünki xəbəri yayarkən nə məktəbin, nə Elm və Təhsil Nazirliyinin rəyi öyrənilir.

Amma heç kim özəl məktəblərdə nələr baş verdiyi ilə maraqlanmır, baxmayaraq ki, yuxarıda sadaladığımız neqativ faktlar özəl məktəblərdə daha qabarıq və eybəcər formada mövcuddur.

Bunlardan birinin də Xəzər Universitetinin Dünya məktəbi olduğu iddia edilir. Bir qrup valideyn “Qafqazinfo”ya müraciət edərək bildirib ki, Hamlet İsaxanlının Dünya məktəbində təhsil haqqı illik 13-15 min AZN-dir. Qiymətlər ildən ilə dəyişir, kəskin artırılır, amma bu dəyişkliyi əsaslandırmağa cəhd belə göstərilmir. Valideynlər də uşaqlarını öyrəşdiyi kollektivdən ayırmamaq üçün artımı ödəmək məcburiyyətində qalırlar:

“Maraqlı məqamlardan biri dərsliklərlə bağlıdır. Dərsliklərin əvvəlinə mütləq qaydada Hamlet İsaxanlının, yaxud ailə üzvlərinin fikirləri, sitatları daxil olunur. Bunun niyə belə olduğu da izah edilmir. Valideynlərin sözlərinə görə, bu, sadəcə təvazökarlıqdan uzaq, qeyri-etik, yolverilməz haldır.

Uşaqlar dövlət, dövlətçilik anlayışından kənardırlar, milli hisslər, vətənpərvərlik ideyaları atavizm kimi dəyərləndirilir və şagirdlər bu anlayışlardan uzaq tutulur.

Məlumdur ki, özəl məktəblərdə şagirdlərə səhər yeməyi, nahar verilir. Valideynlərin iddiasına görə, yüksək ödənişlərə baxmayaraq, Dünya məktəbində yeməyin keyfiyyəti çox aşağıdır və bununla əlaqədar şagirdlərin səhhətində tez-tez problemlər yaranır”.

Valideynlər deyir ki, dəfələrlə uşaqlarına qarşı şiddət tətbiq olunub, onlar müəllimlər tərəfindən döyülüb, həm özləri, həm də valideynləri təhqir olunub. Məktəbin rəhbərliyinə şikayətlər heç bir nəticə vermir:

“Etik qaydaları nəzərə alaraq adını yazmaq istəmədiyimiz rus dili müəllimlərindən biri haqqında əksər valideynlər şikayətçidirlər. Amma buna baxmayaraq, rəhbərlik məsələyə biganə yanaşır. Hindistanəsilli digər müəllim isə fiziki zorakılığı tədrisin tərkib hissəsi hesab edir və onun uşaqları vurması adi haldır”.

“Məktəbdə ingilis dilində İB proqramı tətbiq olunub, amma nə onu tətbiq edənlər, nə də bu proqroqram üzrə çalışanlar onun nəyə lüzum olduğunu və necə işlədiyini az təsəvvür edirlər. Bəlkə ona görədir ki, ingilisdilli heyət çox aşağı səviyyədədir və bəzi müəllimlər bu dildə danışmağa belə çətinlik çəkirlər.

Qeyd edilir ki, məktəbdə Rusiyanın Kazan şəhərində 1980-ci illərin sonlarında gənclərin kriminal qruplaşmaları haqqında bəhs edən “Slovo patsana” filminin kultu hökm sürür. Bundan ruhlanan yuxarı sinif şagirdləri əsl qruplaşma yaradıblar və kimsəyə göz verib, işıq vermirlər. Bu günlərdə onların 8-ci sinifdə oxuyan qızı döydükləri və ona xəsarət yetirdikləri söylənilir. Məktəbdə bu “banda”nın xofu hökm sürür və kimsə bu biabırçılığın qarşısını almaq istəmir” - şikayətdə qeyd olunur.

Xoşagəlməz faktların daha çox olduğunu bildirən valideynlər, aidiyyəti dövlət qurumlarından həmin məktəbdə baş verənləri araşdırmağı xahiş edirlər.

Xebertv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!