Son dəqiqə
28-04-2020, 18:20
1 084

Azercell-dən müəllimlərə dəstək!

Azercell-dən müəllimlərə dəstək!


Mobil operator sosial izolyasiya şəraitində onlayn tədris verən müəllimlərə internet paketi təqdim edib

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə şəraitində baş tutan növbəti sosial tədbirdə yer alıb. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlatdığı yeni layihəsi çərçivəsində Təhsil Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək çağırışlarına Azercell də qoşulub.

Şirkət bu məqsədlə yaradılmış "Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 azn dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz qatqısını verəcəkdir. Qeyd edək ki, onlayn tədris üçün internet paket alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyata əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.

Hədiyyə paketinin qoşulması və aktivləşdirilməsi üçün mövcud olan müəyyən texniki şərtlərlə https://www.azercell.com/az/news/show/1094/ ünvanında tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, www.virtual.edu.az saytı istifadəçilərə tədris prosesinə aid tapşırıqları onlayn şəkildə yerinə yetirmək imkanını təqdim edir. Hal-hazırda portalda 600000-dən çox şagird və 50000-dən çox müəllim qeydiyyatdan keçib.

"Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə sosial təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

XeberTv.info

Digər xəbərlər

Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
Qarabağ danışıqlarında tarixi dönüş: Bu dəfə şərtləri Azərbaycan müəyyən edir - TƏHLİL
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bir sinifdən 6 şagird 600-dən çox bal topladı - Foto
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
“Kontakt Home”da Ramazan ayına özəl 60%-dək “Axşam Bazarı” endirimi başladı
Koronavirus Bakıda mənzillərin qiymətinə də təsir etdi
Əli Həsənov kafedra müdiridir
Sabiq deputata cinayət işi açıldı
Ərdoğan: “Minsk qrupunun 28 illik fəaliyyəti nəticə vermədi, Azərbaycan problemi özü həll etdi”
Qala qəsəbəsində fəhlə faciəvi şəkildə öldü
Ata deputat, övlad məmur - ADLAR
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Özəl xəstəxanalara nəzarət varmı? -
“Naxçıvan Open 2019” şahmat festivalı start götür
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq
İmtahandan qovulanlara 2-ci şans verilməlidirmi? -
Bakı hərəkət məhdudiyyətinin ilk günündə (FOTOLAR)
Vidadi Muradovun oğlunun da əmlaklarına həbs qoyuldu
Prezident BDU-nun sabiq və indiki rektoru ilə - Fotolar
Sabiq nazirin adı yenidən qalmaqallı məhkəmədə çəkilir
Rusiyada binada güclü yanğın, 8 nəfər öldü
Bu "ASAN Xidmət" Mərkəzinin direktor müavini vəfat etdi
Hacı Zeynalabdin Tağıyevin bir gün öncə açılışı olan abidəsi zədələndi
Çempionlar Liqası: Yeddi oyunda dörd qolsuz heç-heçə
Bakıda nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb -
Nəcməddin Sadıkov haqqında sensasion iddialar
Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - Video
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
{sape_links}{sape_article}