Son dəqiqə
11-02-2020, 09:46
397

Talan edilən Şəmkir... - İTTİHAM

Talan edilən Şəmkir... - İTTİHAM


Ölkədə korrupsiyaya qurşanmış məmurların zəbt etdikləri kreslonun qüdrəti onların ifşa olunmasının müddətini artırdıqca onlar daha da harınlaşır, daha da sərtləşir. Yazılmış qanunları öz məqsədlərinə uyğun olaraq fırladırlar. Belə qanun pozuntuları (fırlatmalar) kənd bələdiyyə sədri, inzibati ərazi nümayəndələrindən başlayaraq, rayon icra hakimiyyətlərində, bəzi nazirlik və komitələrdə də özünü qabarıq formada göstərməkdədir. Mərhum prezident Heydər Əliyev demişdir: “Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam”. Cənab başçı Alimpaşa Məmmədov da Şəmkirə İcra Hakimiyyətinə rəhbər təyin olandan sonra tədricən fəaliyyətini genişləndirərək, öz şəxsi biznesini qeyri-qanuni yollarla inkişaf etdirib.

Bilgili şəxslərin məlumatına görə, Alimpaşa müəllimə ödənilən aylıq haqq müxtəlif miqdardadır. Bu aylıq “tas”ların hesabı asılıdır haqqı ödəyənin vəzifəsindən, əldə etdiyi gəlirdən, daş-başdan, qazandığı gizlin pullardan və s. Məlumata görə, siravi həkimlər ayda 50 manat, şöbə müdirləri bir neçə dəfə artıq, hətta bir həkim (adı məlumdur) gəliri, daş-başı çox olduğu üçün ayda 500 manat Alimpaşa müəllimə “tas” (haqq) verir.

Dəyərli oxucular, rayonun doğum şöbəsindən alınan aylıq haqq analoqu olmayan metodla toplanır. Məlumatlı şəxsin bildirdiyinə görə, hər yeni doğulan oğlan uşağına 50 manat, qız uşağına görə isə 30 manat ödənilməlidir. Alimpaşa müəllimdən xəbəri olmayan, dünyaya gözünü yeni açan Şəmkir körpələri də anadan olan kimi icra başçısı tərəfindən “tas”a (aylıq haqqa) otuzdurulur.

Şəmkir rayon icra başçısının digər qeyri-qanuni əməlləri:

Sahibkarların inkişaf fondundan kredit götürərək özü üçün biznes qurub;

“Şəmkir Səbəti” bazarını pay torpaqlarında tikib;

Çənlibel kəndinin örüş sahəsində maralçılıq yaradıb və camaatın heyvanları ora burxılmır;

Seyfəli su anbarının yanında Su Fond torpağında balıqçılıq yaradıb və torpağı qanunsuz zəbt edib;

Seyfəlidə örüş torpaqlarını məhlə yeri kimi satıb, Zəyəm və digər kəndlərdə də belə hallar çoxdur;

Kraz yolunun ətrafını satdı;

Qaracəmirli kəndinin örüş torpaqlarında özü üçün ferma və quşçuluq tikib;

Gəncə-Şəmkir arasında Texniki Peşə Məktəbinin 100 ha torpağını icarəyə verib;

Çənlibeldə Qaramoylu meşə zolağını özü üçün ailəvi istirahət mərkəzinə çevirib, əsaslı qanunsuz tikintilər aparıb;

Sabirkənddə bələdiyyənin əkinə yararlı sahəsini bazar edib;

Hərbi şəhərciyə 8 (səkkiz) milyon manat ayrılmış pulun böyük hissəsini yedi. 9-cu DOS-un bütün kombilərini yedi – 50 ədəd;

Aqro – Promun möhkəm, sağlam binasını 650.000 AZN-nə satdı. Onu söküb yerində şəxsi bina tikdirirlər, 30-dan çox təşkilat küçədə qaldı;

8 №-li uşaq bağçasını hərbi şəhərciyə köçürdü. Bağçanın əvvəlki yerini isə satmağa hazırlaşır;

2013-cü ildə regionların inkişafı ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin fərmanı əsasında hərbi şəhərcikdə görülən işlərə 8 (səkkiz) milyon manat pul ayrılmışdır. Lakin hərbi şəhərcikdə görülən işlər 5-6 yüz min manatlıq qədər olardı;

Prezidentin Fondu tərəfindən hərbi şəhərciyin ərazisində uşaq bağçası tikildi. Həmin bağçaya hərbiçi ailələrindən başqa kənar şəxslərin də uşaqları qəbul olunurdu. Həmin kənar şəxslərin uşaqlarını şəxsən Alimpaşa Məmmədov özü qəbul edirdi. Burdan belə nəticə çıxarmaq olar ki, cənab başçı Alimpaşa müəllim bağça müdirəsinin səlahiyyətini əlindən alıb, özü onun vəzifəsini yerinə yetirir.

Hərbi şəhərciyin 8-ci, 9-cu binalarının arasında yerə döşəmək üçün istifadəsi nəzərdə tutulan xüsusi hazırlanmış daşları da Alimpaşa müəllimin göstərişi ilə gecə vaxtı maşınlara yığıb apardılar.



Bağçanın açılışında iştirak edən 9-DOS-un 16-cı mənzilində yaşayan 1962-ci il təvəllüdlü, keçmiş hərbiçi qadın Hacıyeva Zinayət Qəmbər qızı bağçanın açılışını edən Alimpaşa Məmmədova belə bir sual vermişdir: “Cənab başçı, gecə vaxtı o daşlar hara getdi?” Başçı isə: “Gedər-gəlməzə” demişdir. Eşq olsun belə başçıya! Bu yerdə onu bir alqışlayaq.

Məlumatlı şəxsin bildirdiyinə görə, incəsənətə meylli olan cənab Alimpaşa Məmmədov hərdən bir öz əhval-ruhiyyəsini yüksəltmək, gərginlikdən (stressdən) qurtarmaq üçün tərkibində yüksək dozalı alkaqol ilə narkotik olan içkilərdən istifadə etmək bacarığına da malikdir. O, halının yaxşı vaxtında mülayim olur. Hətta onun kabinetdə masanı döyəcləyərək, yaxşı ritm tutmaq istedadı da var.

Digər Şəmkir sakini isə (ad məlumdur) deyir: “Mən bir neçə ay əvvəl Salyan rayonunda olmuşdum. Təsadüfən bir nəfər rayon sakini biləndə ki, mən şəmkirliyəm o, gülümsəyərək mənə yaxınlaşaraq dedi: “Sizin rayonun icra başçısı mənim həmyerlimdir, orta məktəbdə bir oxumuşuq. Yeniyetmə vaxtımızda onunla birgə o qədər anaşa çəkmişik”.

Bütün bunlardan sobnra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik ki, Alimpaşa Məmmədovun qanını yoxlatsınlar. Onun haqqında deyilənlər yalandır, böhtandır, yoxsa əhalisi 200 min nəfərdən çox olan Şəmkir kimi strateji əhəmiyyətli bir rayona narkotikə meylli bir şəxs başçılıq edir?!

Bəhlul Orucoğlu,

Araşdırmaçı-jurnalist,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.

Redaksiyadan: Bütün deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.org//

Digər xəbərlər

Bakıda on bir min manata uşaq bağçası...
Bakıda dəhşət - Nənə nəvələrini öldürüb, intihar etdi
Bakının bu rayonunda su olmayacaq
Ötən 1 ildə neft qiymətləri artan istiqamətdə dəyişib - BİRJA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Salyanda məktəb direktoru koronavirusdan vəfat edib - FOTO
Sabahın hava proqnozu açıqlanıb
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Mülki silahın alınması maddəsində dəyişiklik edildi — QƏRAR
Ramiz Mehdiyev məzuniyyətə çıxdı
Hərbçimiz vəfat etdi
Azərbaycanda yoluxma və ölüm sayında daha bir rekord
Tbilisidə “Şuşa ili”nə həsr olunan növbəti konsert keçirilib -
“Qarabağ”ın üç futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
Prezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdı - SƏRƏNCAM
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu üçün yeni təminat yolları çəkilib -
Polis karantin postlarını ləğv edir? - DYP-dən açıqlama
Benzinin gömrük dəyəri AÇIQLANIB
Azərbaycanda PUA-ya “İti qovan” adı verildi
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"
Müharibə başa çatdıqdan sonra 57 hərbçi minaya düşüb
DİN və DTX Cəlilabadda əməliyyat keçirdi - FOTO
Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb
Ceyhun Sultanov: “Qurban Qurbanovun İcraiyyə Komitəsində olmasını istəməzdim” - VİDEO
Sahibkardan şəhid ailələrinə anlamlı jest - FOTO
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi - VİDEO
{sape_links}{sape_article}