Son dəqiqə
18-03-2020, 09:08
816

Avro-2020-nin tarixi dəyişdirildi

Avro-2020-nin tarixi dəyişdirildi

UEFA Avro-2020-nin tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

XeberTv.info AFFA-ya istinadən bildirir ki, qərara əsasən, turnir 2021-ci ilə keçiriləcək.

Məlumata əsasən, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.

UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb. Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.

Müvafiq qərarlar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı elan olunacaq.

Digər xəbərlər

Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
Qarabağ danışıqlarında tarixi dönüş: Bu dəfə şərtləri Azərbaycan müəyyən edir - TƏHLİL
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bir sinifdən 6 şagird 600-dən çox bal topladı - Foto
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
“Kontakt Home”da Ramazan ayına özəl 60%-dək “Axşam Bazarı” endirimi başladı
Koronavirus Bakıda mənzillərin qiymətinə də təsir etdi
Əli Həsənov kafedra müdiridir
Sabiq deputata cinayət işi açıldı
Ərdoğan: “Minsk qrupunun 28 illik fəaliyyəti nəticə vermədi, Azərbaycan problemi özü həll etdi”
Qala qəsəbəsində fəhlə faciəvi şəkildə öldü
Ata deputat, övlad məmur - ADLAR
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Özəl xəstəxanalara nəzarət varmı? -
“Naxçıvan Open 2019” şahmat festivalı start götür
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq
İmtahandan qovulanlara 2-ci şans verilməlidirmi? -
Bakı hərəkət məhdudiyyətinin ilk günündə (FOTOLAR)
Vidadi Muradovun oğlunun da əmlaklarına həbs qoyuldu
Prezident BDU-nun sabiq və indiki rektoru ilə - Fotolar
Sabiq nazirin adı yenidən qalmaqallı məhkəmədə çəkilir
Rusiyada binada güclü yanğın, 8 nəfər öldü
Bu "ASAN Xidmət" Mərkəzinin direktor müavini vəfat etdi
Hacı Zeynalabdin Tağıyevin bir gün öncə açılışı olan abidəsi zədələndi
Çempionlar Liqası: Yeddi oyunda dörd qolsuz heç-heçə
Bakıda nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb -
Nəcməddin Sadıkov haqqında sensasion iddialar
Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? - Video
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
{sape_links}{sape_article}