Son dəqiqə
11-09-2020, 14:07
870

Milli Gimnastika arenasının zalı sökülür

Milli Gimnastika arenasının zalı sökülür


Gimnastika növləri üzrə yığma komandaların uzun illər ərzində sevimli məşq məkanına çevrilmiş Milli Gimnastika Arenası (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsinə qərar verilib.

Azərbaycan Gimnastika Federasiyasının saytı xəbər verir ki, 2013-cü ildən fəaliyyət göstərən və ümumi sahəsi 6 min kvadrat metr olan bu zalın sökülməsinə səbəb onun istifadə müddətini artıq başa vurmasıdır.

MGA-nin cənubunda yerləşən, hava günbəzi texnologiyası ilə tikilmiş bu zal gimnastika növləri üzrə yığma komandalar üçün günlərinin çox hissəsini keçirdikləri məşq zalından əlavə, həm də bir növ evə çevrilmişdi. Gimnastların burada rahat məşq etməsi, eləcə də dincəlməsi üçün bütün lazımi şərait yaradılmışdı.

Lakin xüsusi konstruksiya əsasında quraşdırılmış bu tip qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur. Köməkçi zal da artıq obrazlı desək, “öz ömrünü yaşamış” və onun da istismardan çıxarılma vaxtı çatmışdır.

Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.

XeberTv.info

Digər xəbərlər

Putin Mi-24 helikopterinin vurulması barədə: “İlham Əliyev günahkarların cəzalandırılacağına söz verdi”
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
4 məktəb direktoru işdən azad edilib, 3-nə şiddətli töhmət verilib
“Qızımın ölümündə əli olanlar hələ də azadlıqdadır” - Nərminin atası
Bərdədə orta məktəbdə tərifnamə BİABIRÇILIĞI
"Qırmızı berelilər"lə XİN binasındakı etirazçılar arasında toqquşma oldu -
ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Xəstəxana direktoru vəzifəsindən azad edildi
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Arif Alışanov yenə sifariş verə biləcəkmi?
Azərbaycan və Türkiyə hərbi təyyarələri birgə təlimdə döyüş uçuşları həyata keçiriblər -
Hacı Şahin Həsənlinin yutubdakı videolarını silənlərin məqsədi nədir? - VİDEO
Qolu qandallı erməni leşlərinin SİRRİ - VİDEO
Gəncədə test nəticələri neqativ çıxan şəxslər karantinə alınır? - AÇIQLAMA/VİDEO
Xətai rayonunda əhaliyə tibbi maskalar paylanılır - FOTO
Milli Məclisin Aparatı buraxılıb - EKSKLÜZİV
Bakıda idman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırılıb
“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda
Sahil Babayevin işçiləri ƏLİLİN HAQQINA NECƏ GİRİR... - VİDEO
Bakıda qısqanc kişidən dəhşətli əməl – Başına bıçaq soxdu
Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir
Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!
Ağstafa su kanalında əl qumbarası tapılıb
Ramin Bayramlı dəbdəbəli villa tikdirir
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Azərbaycanda Siqaret Monopoliyası: Araz Ağalarov, Cavanşir Feyziyev Və…
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - FOTO
Avtobuslarda sərinləndirmə sistemləri işə salınacaq
Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi
Ermənistanda bir gündə 2000-dən çox yoluxma aşkarlandı
{sape_links}{sape_article}