Son dəqiqə
30-09-2020, 18:15
864

İlham Əliyev: Döyüşlər bir şərtlə dayandırılacaq..

İlham Əliyev: Döyüşlər bir şərtlə dayandırılacaq..


“Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək.

“Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”, - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, hələ ki gec deyil: “Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun”.

XeberTv.info

Digər xəbərlər

DƏHŞƏTLİ YANĞIN: Meşədə 9 hektar...
“Çelsi” və “Bavariya” 1/4 finalda
Telekommunikasiya Qovşağının rəisi saxlanıldı
Babəkin heykəlinin hazırlanması dayandırılıb
Azərbaycanda 76 m hündürlükdə asma körpü tikilir - FOTO
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
İcra başçısına şikayət edənlər döyüldülər – VİDEO
Bakıda məktəb direktoru vəfat edib - FOTO
Məleykə Abbaszadə abituriyentlərə canlı yayımda müraciət edəcək
Karantin rejimi yumşaldılır
İlham Əliyev: “Bu gün Qələbə Günü kimi tarixə düşəcək”
Ozan Kabak Türkiyə futbolunun tarixinə düşdü
Azərbaycanda yeni su anbarları inşa ediləcək
Şuşanın UNESCO-nun siyahısına salınması ilə bağlı işlər görülür
Azərbaycanda biabırçılıq: Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi - FOTO
Nazir icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ
Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO
Ermənistan İranla sərhəd məhdudiyyəti müddətini uzatdı
"Malış" ləqəbli məşhur erməni terrorçu məhv edildi
Prezidentin açıq və gizli Şuşa mesajları: “Xankəndinə də belə gələcəm”
Koronavirus ola-ola marketdə satıcı işlədiyi məlum oldu
Erməni tankının Şuşada Azərbaycan Ordusu tərəfindən məhv edilmə anı - VİDEO
Tədris nə vaxt başlayacaq? - RƏSMİ
Yoluxanların sayı artmaqdadır
Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Azərbaycanda hərbi vəziyyət ləğv edildi
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi
XİN Ceyhun Bayramovla Pompeonun görüşünə dair məlumat yaydı
{sape_links}{sape_article}