Son dəqiqə
Cəmiyyət / Manset
14-10-2020, 21:43
992
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.
Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.
XeberTv.info