Son dəqiqə
20-10-2020, 12:26
824

Paşinyan “DQR”-i tanıya bilərmi? - TƏHLİL

Paşinyan “DQR”-i tanıya bilərmi? - TƏHLİL


Bəli, azad edilmiş Azərbaycan ərazilərinin coğrafiyası daha da genişlənməkdədir. Artıq onlarla kənd, qəsəbə, strateji yüksəkliklər, hətta Füzuli və Cəbrayıl şəhərləri azad olunubdur.

Amma çox təəssüf ki, düşmən nəinki təslim olmur, hətta humanitar atəşkəsin tələblərinə belə əməl etməyi düşünmür, münaqişə bölgəsindən uzaq, sıx əhalisi olan Gəncə və Mingəçevir kimi böyük şəhərləri raket atəşinə tutmaqda davam edir.

Düşmənin planları və niyyəti tamamilə aydındır. Gəncəni raket atəşinə tutmaqla o, bizim canlı itkilərimizin sayını artırmaq istəyir.

Mingəçevirdə isə onu böyük su anbarı və bir də strateji əhəmiyyətə malik istilik elektrik stansiyası cəlb edir.

Amma düşmənin hər hərəkətində isterika və hətta dəhşətli panika duyulur. O, hiss edir ki, artıq işğal olunmuş əraziləri saxlaya bilməyəcək və bu səbəbdən də digər dövlətləri konfliktə cəlb etməyə, hətta anti-türk, anti-Azərbaycan hərbi alyansı formalaşdırmağa çalışır.

Onun hərbi müstəvidəki çabaları hamıya məlumdur. Hiss olunur ki, müharibənin coğrafiyasını genişləndirmək ona müyəssər olmayacaq, o səbəbdən ki, KTMT ölkələri, o cümlədən də Rusiya dəfələrlə bəyan edib ki, müharibə Azərbaycan ərazisində gedir və onların bu münaqişəyə cəlb olunması üçün hansısa əsas və ya predmet yoxdur.

Digər bir tərəfdən, düşmən hadisələrin gedişinə təsir etmək üçün diplomatik müstəvini də yaddan çıxarmır. KİV-lər artıq xəbər verib ki, Fransa parlamentinin aşağı palatasına oyuncaq DQR-in tanınması üçün “qanun layihəsi” daxil olubdur.

Paşinyan özü də dəfələrlə bəyan edib ki, onun komandası ciddi şəkildə DQR-in tanınması ssenarisini nəzərdən keçirir. Xatırladaq ki, bu, yeni bir şey deyil, köhnə erməni mahnısıdır və təsadüfi deyil ki, onu Paşinyanın da komandası xatırlayıb. Amma bu da isterikanın və depressiyanın bir təzahürüdür - biz buna zərrə qədər şübhə etmirik.

Ona görə ki, Paşinyan ilk olaraq DQR-in ayrıca və müstəqil bir qurum olduğunu demiş və hətta Azərbaycana danışıqları onunla aparmağı təklif etmişdi.

Amma sonra o, valı çevirdi və dedi ki, guya Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir. Hətta siyasi opponentləri, o cümlədən də eks-prezident R.Koçaryan onun mövqeyindəki bu ziddiyyətli metamorfozalara diqqət yetirmiş və Paşinyanı çox ciddi tənqid etmişdi.

Eyni hal indi baş verir. Paşinyanın isterik tutmaları - bəyanatları bir tərəfdən Azərbaycan qoşunlarının uğurla hərəkət etməsinə qarşı yönəlib, yəni Paşinyan özü üçün ən pis ssenariyə hazırlıq görür.

Bəli, dünyanın bir çox böyük gücləri, xüsusən də Rusiya Azərbaycan ordusunun irəliləməsinə qarşı çıxmasa, o, çox tezliklə Dağlıq Qarabağın ən vacib və strateji əhəmiyyətli məkanlarını ələ keçirəcək və böyük ehtimalla bütün Qarabağı azad edəcəkdir.

Belə vəziyyətdə Paşinyanın yalnız bir çıxış yolu qalacaqdır: oyuncaq DQR-i “müstəqil” elan etmək, hansı ki, o vaxt artıq kağız üzərində və bir də ermənilərin xatirələrində qalacaq, ən azı ona görə ki, deyilənlərə görə Xankəndi tamam boşalıb və orada yalnız hərbçilər qalıbdır...

Ermənistanın hansı qərar qəbul etməsi bizi narahat etmir. Bizim üçün maraqlı olan digər dövlətlərin reaksiyasıdır. Fransa bir az əvvəldə qeyd etdiyimiz kimi, suyu bulandırmaqda davam edir və ermənilər üçün başqa Avropa ölkələri arasında dayaq və dəstək axtarır.

Amma bəlli olduğu kimi, Paris həmsədr ölkədir, ona görə də neytrallığını saxlamalıdır. Fəqət, qeyd etdiyimiz kimi, Sena sahillərində də hiss edirlər ki, Azərbaycan ordusunu dayandırmaq mümkün olmayacaq, hərçənd, Moskva humanitar razılaşmasından sonra Bakı elan etmişdi ki, razılaşmanın bütün punktlarına əməl etməyə hazırdır.

Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, istənilən gün danışıqları başlamağa hazırdır, çünki Bakının məqsədi müharibə deyil, ərazilərinin işğaldan azad olması və əlbəttə ki, Dağlıq Qarabağ probleminin həllidir.

Amma ermənilər bütün bu konstruktiv və sülh məzmunlu təkliflərə etinasız yanaşdılar və təkcə ordumuzun mövqelərinə hücum etməklə kifayətlənmədilər, şəhərlərimizi də raket atəşinə tutmaqda davam etdilər.

Bir sözlə, DQR-in “tanınması” ermənilərin sonuncu destruktiv cəhdi ola bilər, amma çətin ki, bu cəhd dünyada özünə dəstək tapa bilsin.

Baxın, bu günədək heç kim, heç bir ciddi dövlət Abxaziyanı və ya Cənubi Osetiyanı, ya da Krımın ilhaqını tanımayıbdır. Böyük ehtimalla rəsmi İrəvan bu təxribatı da ona görə ciddi şəkildə nəzərdə saxlayır ki, Dağlıq Qarabağ prosesinə “yeni bir məzmun” verə bilsin.

Amma bu, yalnız erməni millətçilərinin fantaziyalarını bir az da qanadlandırmaq üçün kiçik ştrix ola bilər ki, onlar “itirdikləri böyük böyük torpaqlarının” cərgəsində qədim Artsaxın da adını çəksinlər və onu da “böyük Ermənistanın dənizdən dənizə uzanan əraziləri”nə aid etsinlər. Amma belə bir deyim var: qatar çoxdan gedibdir, cənablar...(Hüseynbala Səlimov - musavat.com)

XeberTv.info

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!