Son dəqiqə
Manset
22-10-2020, 08:57
735
Düşmən Qubadlı istiqamətindəki vacib mövqelərdən geri çəkilməyə məcbur edilib
Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülərin atəş mövqelərini tərk edərək qaçdığı da verilən məlumatlar arasındadır.
XeberTv.info