Son dəqiqə
Manset / Ölkə
8-11-2020, 23:04
4 855
Şuşada Azərbaycan ordusunun məhv etdiyi 800-dən artıq erməni hərbçisinin meyiti qalıb
Azərbaycan Ordusu Şuşada xüsusi hərbi əməliyyatı başa çatdırıb.
XeberTv.info bildirir ki, Virtualaz.org-un hərbi mənbələrə istinadən verdiyi məlumata görə, hazırda Şuşada 800-dən artıq erməni əsgərinin meyitinin olduğu müəyyənləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hakimiyyət orqanlarına və Müdafiə Nazirliyinin rəhbərliyinə ölən erməni əsgərlərinin cəsədlərini yaxın bir neçə saat ərzində qarşı tərəfə təhvil verə biləcəyi ilə bağlı müraciət edib.
Hazırda Şuşa Azərbaycan Ordusunun nəzarətindədir.