Son dəqiqə
İdman / Manset
22-11-2020, 23:38
5 222
Sərbəst güləş üzrə milli komandamızda kütləvi yoluxma aşkarlandı
Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.
Bunu yığmadan götürülmüş COVID-19 testinin nəticəsi göstərib.
Bildirilir ki, yoluxanlar sırasında məşqçilərdən Arif Abdullayev, Oyan Nəzəriani, Rövşən Umudov, Rövşən Hacıyev, Ağahüseyn Mustafayev, güləşçilərdən isə Turan Bayramov da var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.
Fakt üzə çıxdıqdan sonra komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.
Yoluxmalara səbəb kimi əsas heyətlə birgə yeniyetmə və gənclərdən ibarət heyət üzvlərinin də kütləvi məşqlərdə iştirakı göstərilir.
XeberTv.info