Son dəqiqə
24-11-2020, 12:41
6 706

Mübariz İbrahimovun Şəhid olduğu posta bayrağ sancan Şəhidimiz - VİDEO

Mübariz İbrahimovun Şəhid olduğu posta bayrağ sancan Şəhidimiz - VİDEO


44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Saatlıdan olan baş leytenant şəhid Şahid Əhmədli də olub.

Oktyabrın əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun onlarla erməni silahlısını məhv edərək şəhid olduğu post işğaldan azad edilib. Posta üçrəngli bayrağı isə baş leytenant Şahid Əhmədli sancıb.

XeberTv.info bildirir ki, bu barədə "Report"un Aran bürosuna məlumat verən şəhidin atası Gülməmməd Əhmədov oğlunun bu günü illərdir gözlədiyini, nəhayət istəyinə nail olduğunu deyib:

"Şahid anası tez-tez danışırdı. Anasından televizora baxdığını soruşurdu. Anası da baxdığını deyirdi. Demə bu, Milli Qəhrəman Mübariz İbrahimovun adına olan posta keçirdiyi bayrağa görə deyirmiş, biz də başa düşmürdük".

Baş leytenant Şahid Əhmədli Saatlı rayonunun Qaracalar kəndində doğulub. 28 yaşlı hərbiçi hər zaman hazırlıqlı, bacarıqlı zabitlərdən olub. Xidməti dövründə peşəkarlığı ilə seçilib. Aprel döyüşlərində də iştirak edib. Düşmənə ilk sarsıdıcı zərbəni elə o vaxt endirib. Bu döyüş həm də bir təcrübə olmuşdu, Şahid üçün.

Əks-hücum əməliyyatı başlayanda Şahid Əhmmədli rəhbərlik etdiyi qrupla, Murovdağ yüksəkliyinin alınmasında iştirak edib. Sonrakı günlərdə, Talış və Suqovşan istiqamətindəki döyüşlərdə də qəhrəmanlıq göstərib. Döyüşlərin birində düşmən güləsinə tuş gələrək, canından çox sevdiyi vətən torpağı uğurunda şəhidlik zirvəsinə ucalır. İki azyaşlı övladı əmanət qalır.

Saatlı rayonunun Qaracalar kəndi Vətən müharibəsində iki şəhid verib. Şahid Əhmədlidən başqa, onun yaxın qohumu, eyni zamanda, onunla birgə xidmətdə olan Səxavət Talıbzadə də ən ali məqama-Şəhidlik zirvəsinə ucalıb.



XeberTv.info

Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}