Son dəqiqə
İdman
13-12-2020, 15:18
5 433
Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Yarışların növbəri günündə Azərbaycanlı dünya çempionu Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə erməni Rudik Mkrtçyanla qarşılaşıb. Döyüş təmsilçimizin 9:0 hesablı qalibiyyəti ilə bitib.
Bununla da o, bürünc medal uğrunda qarşılaşmaya vəsiqəni təmin etmiş olub.
Qeyd edək ki, həmyerlimiz axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.
XeberTv.info