Son dəqiqə
Dünya
3-01-2021, 10:17
4 584
68 il sonra bir ilk: Amerikada qadın məhkum edam olunacaq
Amerikada 68 ildən sonra ilk dəfə qadın məhkum edam ediləcək.
Bildirilir ki, onun ötən ilin dekabrın 8-də edam edilməsi gözlənilsə də, bu baş tutmayıb. Bu dəfə isə, 52 yaşlı Liza Montqomeri yanvarın 12-də edam olunacağı açıqlanıb.
Xatırladaq ki, L. Montqomeri 2004-cü ildə ağır cinayət törədib. Belə ki, o, 23 yaşındakı hamilə qadını boğaraq öldürüb. Daha sonra isə qarnını yararaq uşağı oğurlamağa cəhd edib.
Qeyd edək ki, qadın məhkum özü 4 uşaq anasıdır.
XeberTv.info