Son dəqiqə
22-01-2021, 10:11
4 646

Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?

Zakir Fərəcovun Sumqayıtda bələdiyyə oyunu: Sərvis Süleymanov kimdir?


Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər bələdiyyyəsinin sədri Sultan Əsədov tutduğu vəzifədən azad edilib.

XeberTv.info bildirir ki, cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, bələdiyyənin növbədənkənar iclasında sədr Sultan Əsədov istefaya göndərilib.

Yaxın günlərdə yeni sədrin adının açıqlanacağı gözlənilir. Yeni sədrin isə Sumqayıt Bələdiyyəsinin sədr müavini Sərviz Süleymanovun olacağı ehtimal edilir. Bəs Süleymanov Sərviz Salman oğlu kimdir?

Bu suala cavab tapmaq üçün S. Süleymanovla bağlı mətbuatda kiçik bir araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, sözügedən şəxs əvvəllər Sumqayıtda Mənzil İstismar Sahələrindən birinin rəisi, sonralar isə Sumqayıt şəhər Bələdiyyəsində mülkiyyət şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Hətta onun şöbə müdiri işlədiyi dövrdə töhmət aldığı da bildirilir.

Daha sonra “töhmətli” məmur Sumqayıtdan Abşerona transfer olunub. Belə ki, S. Süleymanov rayonun Ceyranbatan qəsəbəsində icra nümayəndəsi işləyib, 2008-ci ildə karyerasının pik nöqtəsinə çatıb. O, 10 ildən çox Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini olub. 2018-ci ilin yanvar ayından isə bu vəzifədən azad edilib. Bu illər ərzində onun adı mətbuatda heç də yaxşı xatırlanmayıb. Həmin yazılardan belə görünür ki, S.Süleymanovun postundan kənarlaşdırılması heç də sadə səbəblərlə bağlı olmayıb. Belə ki, icra başçısının sabiq müavini, gələcək bələdiyyə sədrinin adı çoxsaylı qanunsuzluqlarda hallanıb.
Məlumata görə, S.Süleymanovun Abşeron rayonunun bir çox yerlərində, xüsusilə Goradil, Fatmayi, Məhəmmədi kəndlərinin ərazisində vətəndaşların etibarından istifadə edərək onların torpaqlarını ələ keçirdiyi iddia olunur. Bununla yanaşı qeyd olunur ki, mənimsədiyi torpaq sahələrini yaxınlarının adına rəsmiləşdirib. Etibarlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə S.Süleymanov bütün bu əməllərinin qarşılığında isə özünə kifayət qədər geniş biznes şəbəkəsi qura bilib. Belə ki, S.Süleymanovun yalnız Abşeron rayonunun müxtəlif ərazilərində deyil, paytaxt Bakı və Sumqayıtda da çoxsaylı ticarət obyektlərinə sahib olduğu deyilir. Həmin obyektlərin bir qismi həyat yoldaşının, bir qismi isə keçmiş müavinə yaxınlığı ilə bilinən başqa şəxslərin adınadır.

Onun vaxtı ilə töhmət aldığı bələdiyyədə sədr necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək. Qeyd edək ki, Sərviz Süleymanov 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin sədri Məzahir Süleymanovun qardaşıdır.

Digər xəbərlər

Rektor öz qohumlarını ATU-ya doldurdu -
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
Azərbaycan ordusu 24 günə Ermənistanın illik büdcəsinə bu qədər ziyan vurub
"Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI
“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” - VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Keçmış nazirin övladları Azərbaycandan köçüb - VİDEO
İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Neçə xanım deputat oldu?
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
Bakıda bu özəl klinika bağlandı
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi
“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Bennett İsrail üçün əsas təhlükəni adlandırıb
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Türkiyədə küçələrdən birinə şəhid general Polad Həşimovun adı veriləcək
Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sabah hava şəraiti necə olcaq?
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
{sape_links}{sape_article}