Son dəqiqə
Aktual / Cəmiyyət
28-01-2021, 10:35
4 254
Həftəsonları kafe və restoranlar işləyəcək? - Nazirlər Kabineti açıqladı
Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.
Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
XeberTv.info-nun məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.
Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.