Son dəqiqə
İdman
31-01-2021, 09:56
4 064
Cenk Tosun “Beşiktaş”a qayıtdı
Türkiyə milli komandasının hücumçusu Cenk Tosun karyerasını yenidən İstanbulun “Beşiktaş” klubunda davam etdirəcək.
XeberTv.info “Sabah” nəşrinə istinadən məlumat verir ki, 29 yaşlı futbolçu “ağ-qara”ların heyətində icarə əsasında oynayacaq.
İcarənin müddəti beş ay olacağı bildirilib.
Qeyd edək ki, C.Tosun 2017-2018-ci ilin qış mövsümündə İngiltərənin “Everton” klubuna transfer olumuşdu.