Son dəqiqə
1-02-2021, 15:18
5 334

Qələbədə heç bir xidməti olmayan general...

Qələbədə heç bir xidməti olmayan general...


Vətən Müharibəsi zamanı Azərbaycan ictimaiyyətində mütəmadi olaraq gündəmə gələn və yekun cavab alınmadan müzakirəsi qapanan mövzulardan biri də Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun taleyi idi. Müharibədən öncə də onun barəsində müxtəlif iddialar irəli sürülürdü.

N.Sadıkovun Rusiyaya yaxınlığı da tez-tez vurğulanır və müəyyən şübhələrə səbəb olurdu. Onun Rusiyada fəaliyyət göstərən Şeyx Şamil adına Fond tərəfindən “Milli Qəhrəman” adına layiq görülməsi də buna sübut kimi təqdim olunurdu.

Məlumat üçün qeyd edək ki, ictimaiyyət Vətən müharibəsindən öncəki bir sıra döyüşlərdə verilən itkilərdə N.Sadıkovu ittiham edirdi. 2016-cı ildə “Aprel döyüşləri”ndən sonra başladılan araşdırma nəticəsində 2017-ci ildə “Tərtər işi”ndə də daha çox Sadıkovun adı hallanırdı. Bu cinayət işi çərçivəsində 50-yə yaxın hərbçi həbs olunmuşdu.

Xatırladaq ki, Dərbənddə anadan olan N.Sadıkov 1980-ci illərdə Bakıda və Rusiyada hərbi təhsil alıb, 1992-ci ilə kimi Rusiyada sovet ordusunda alay komandirinin müavini vəzifəsinə kimi yüksəlmişdi. Birinci Qarabağ Müharibəsi başlayandan ailəsi ilə Azərbaycana gəlib və döyüşlərdə aktiv iştirak edərək ard-arda ərazilərin itirildiyi bir il ərzində briqada komandiri vəzifəsindən Müdafiə nazirinin birinci müavini, Qərargah rəisi vəzifəsinədək qalxıb.

Azərbaycan Ordusunda N.Sadıkov faktoru Vətən Müharibəsi zamanı bir daha ictimai müzakirə obyekti oldu. Müharibənin ilk günlərində artıq onun Ordudan uzaqlaşdırıldığı şayiələri yayılmağa başladı. Sosial şəbəkələrdə hər kəs 27 ildən sonra işdən çıxarıldığı deyilən generalla bağlı bu xəbəri sevinclə qarşılamışdı. Oktyabrın 3-də xarici mediada N.Sadıkovun həbs edildiyi məlumatı yayıldı. Lakin Müdafiə Nazirliyi oktyabrın 4-də döyüşlərin idarə edildiyi qərargahdan yayımladığı fotoda N.Sadıkovun bir kənarda oturub düz kameraya baxdığı görüntüləndi. MN foto ilə birgə “Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov iş başındadır” açıqlamasını da yaydı. Bununla da ictimaiyyətin bir qismində onun vəzifəsində qaldığına əminlik yaransa da, sonrakı müzakirələrdə heç də çoxlarının nazirliyin rəsmi cavabına inanmadığı görünürdü.

Oktyabrın 20-də isə Müdafiə Nazirliyinin rəsmi saytında Baş Qərargah rəisi Nəcməddin Sadıkov barədə olan məlumat tamamilə çıxarıldı və N.Sadıkovun nazirlik ilə hər hansı formada bağlantısının qalıb-qalmadığı növbəti dəfə sual altına düşdü. MN həmin tarixdə bununla bağlı hər hansı açıqlama vermədi. Sözügedən səhifə isə hələ də boş qalır.

Oktyabrın 30-da Özbəkistanda keçirilən MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclasına da N.Sadıkov qatılmadı.

Müharibə zəfərlə bitdikdən sonra bu prosesdə az və ya çox rolu olan hər kəs mükafatlandırıldı, lakin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıkova heç bir mükafat verilmədi və heç bir rəsmi tədbirdə görülmədi. 27 il Orduya rəhbərlik etmiş şəxs Zəfər paradında da deyildi.

Baş verənlərdən belə qənaətə gəlmək olar ki, N.Sadıkov haqda yayılan ilk şayiə doğru imiş. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Vətən Müharibəsində kiçik ya böyük, heç bir rolu olmayıb. Yəni, N.Sadıkov müharibə başlayandan bir neçə gün sonra artıq vəzifədə deyildi.

Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov da müharibədən sonra Ordudan uzaqlaşdırıldı. Dekabrın 12-də mediada yayılan məlumatda müdafiə naziri Zakir Həsənovun əmri ilə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərovun vəzifədən çıxarıldığı məlum oldu. R.Əsgərov ötən ilin iyun ayında general-mayor rütbəsinə yüksəlmişdi.

Nəhayət, N.Sadıkovla bağlı rəsmi açıqlama bir neçə gün öncə verildi. Baş Qərargah rəisinin Moskvada açıq-ürək əməliyyatı keçirməsi barədə məlumata münasibət bildirən Müdafiə Nazirliyi artıq general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan Ordusunda hərbi xidmətdə olmadığını rəsmən açıqladı. Bununla da N.Sadıkovun vəzifədə qalıb-qalmaması barədə suallara aydınlıq gətirildi. Onun müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi kimi vəzifələrdən çıxarılması rəsmən elan edildi.

Bunun ardınca Nəcməddin Sadıkovun həbs edilməsi məsələsi gündəmə gəldi. Deputat Aqil Abbas hətta onun etdiyi səhvlərə, günahlara görə ev dustaqlığında olduğunu bildirdi.

İndi isə rəsmən açıqlanmayan, amma ictimaiyyətə qaranlıq qalan bir sual var: Nəcməddin Sadıkov həbs edilibmi?(qafqazinfo)

XeberTv.info

Digər xəbərlər

Elmar Vəliyevin oğlu işdən çıxarıldı
Toy görüntülərinə görə Ayseli ittiham etdi
Səhiyyə işçilərinin neçə faizi vaksinasiya edilib?
Azərbaycanda 5 ulduzlu hotellərdə ən yüksək qiymətlər Qubadadır
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan ölən daha 34 hərbçinin adını açıqladı
9 yaşlı uşaq anasını güllələdi - FOTO
"Neftçi"nin baş məşqçisi və daha 4 futbolçusu koronavirusa yoluxdu
Bərdədəki terror aktında Qırmızı Aypara Cəmiyyətinin əməkdaşı da həlak olub
Paşinyan “DQR”-i tanıya bilərmi? - TƏHLİL
İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN
Prezident Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında - YENİLƏNİB+FOTO
Azərbaycan Yunanıstandakı səfirini geri çağırdı
Ağadadaşın baltası: döyüldüyü MedEra-da nələr gördük… - Xəstəxanaya gizli səfər
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Qarabağda quldur rejimin "baş prokuroru" məhv edildi
Azərbaycan-İran sərhədində YANĞIN OLUB -
Barat Yusubov NİYƏ CƏZALANMIR?
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
“Yeraltı dünya”nın eks-oliqarxı: Tağı Əhmədovun “mədəsindəki milyonlar…”
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Anar Kərimov onları vəzifəyə gətirdi
Qələbədə heç bir xidməti olmayan general...
“Azərsu” abonentlərə müraciət edib
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Şəkidə kənd məktəbi uçmaq üzrədir -
“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı
“Bakı Metropoliteni” gediş haqqını artıracaq? - AÇIQLAMA
Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı - MƏHKƏMƏ