Son dəqiqə
Dünya
19-09-2020, 12:37
597
Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
Gürcüstanda son sutka ərzində koronavirusa yoluxmada rekord yaşanıb.
Gürcüstanın səhiyyə nazirliyindən verilən məlumata görə, ölkə ərazisində son 24 saatda 187 nəfərdə COVİD-19 aşkarlanıb.
46 pasiyentin isə sağalaraq evə buraxıldığı bildirilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxma halı 3306-ya, ümumi sağalanların sayı isə 1481-ə çatıb.
Ölkədə bu xəstəlikdən 19 nəfər vəfat edib.
XeberTv.info