Son dəqiqə
Aktual / İqtisadiyyat
4-02-2020, 14:22
898
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AZƏRTAC banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları fevralın 1-nə 6 milyard 340,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 82,8 milyon dollar çoxdur.