Son dəqiqə
30-11-2020, 13:55
6 765

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


İkinci Qarabağ müharibəsində Aran bölgəsi də çoxsaylı şəhidlər verdi. Ay yarım davam edən müharibə ərzində hər gün Salyan, Sabirabad, Neftçala, Biləsuvar rayonlarına şəhidlər gəlirdi, amma verilən bu qurbanlar hədər getmədi, şanlı ordumuz torpaqlarımızı azad etdi və qalib oldu.

Salyan rayonundan bu qələbə uğrunda canını qurban verib şəhid olanlardan biri də 24 yaşlı xüsusi təyinatlı döyüşçü Sultandır. Bir çox şəhidlərimiz kimi Sultan da kasıb ailədə böyüyüb boşa çatıb. Bu kasıblıq indi şəhidin valideyinlərinin yaşadığı evə baş çəkəndə də göz önünə gəlir. Sultanın bu savaşdan əvvəl yaşadığı, tikintisi başa çatmamış 1 mərtəbəli evə daxil olan kimi bizi bir hüznlü sükut qarşılayır.

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


Atası 49 yaşlı Mikayıl həddən artıq mehriban adamdır. Sultan haqqında aramla danışır, amma oğul itkisinə baxmayaraq özünü çox soyuqqanlı aparır. Çox keçmir ki, söhbətimizə şəhidin anası İlhamə xanım da qoşularaq igid övladı haqqında şirin xatirələrini danışır, kövrəlir, oğlu ilə qürur duyduğunu deyir.

Sultan İbrahimov 1996-cı il aprel ayının 24-də Salyan şəhərində dünyaya gəlib.Ailədə 2 qardaş olublar. Dolanışıq dalınca Moskvaya gedən atası Mikayıl ailəsini yanına aparanda , 2004-cü ildə Sultan da Moskva vilayətinin Elektroqorsk şəhərindəki 14 saylı məktəbdə təhsil almağa başlayıb. Məktəbdə oxuduğu müddətdə dəfələrlə xizək yarışlarının iştirakçısı olub və yüksək nəticələrinə görə Rusiya üzrə yarışlara göndərilib.

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


2011-ci ildə ailəsi ilə birgə Azərbaycana qayıdan Sultan Salyan şəhərindəki Aşıq Pənah adına 1 sayı humanitar kollecdə təhsilini başa vurub və 2013-cü ildə Bakı Kooperasiya kollecinə daxil olaraq gömrük ixtisası üzrə bitirib .2018-2019-cu illərdə Naxçıvan Muxtar Respublikaının Ordubad rayonunda, yüksək dağlıq ərazilərdə yerləşən hərbi hissədə nümunəvi xidmət edib, snayper olub. Sultan hərbi xidmətini başa vurduqdan sonra 2019-cu ildə Dövlət Sərhəd Xidmətinə işə götürülüb. Lənkəran sahəsinin Vel kəndində, Sahil Mühafizə Xidmətində kiçik gizir rütbəsində qulluq edib. Eyni zamanda idmanla məşğul olub, 120 kiloqram ağırlığı uzanıqlı vəziyyətdə qaldırmağa nail olub.

Sultan rahat işi olmasına baxmayaraq bu ilin sentyabr ayının əvvəlində öz xahişi ilə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul edilib. Atasına bu barədə telefonla zəng edərək xeyir-dua istəyib. Sultanın xüsusi təyinatlıların sıralarına qoşulduğunu eşidəndə təəccüblənən atası deyir ki, əvvəlcə tərəddüd edib, amma Sultanın ağıl və cəsarətinə güvəndiyi üçün ona xeyir-dua verib. Həmin vaxt anasına da zəng vuran Sultan bildirib ki, düşmənin cəbhə xəttindəki davranışlarından danışıb.

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


“Dedi ana, düşmənin hərəkətlərindən görünür ki, bizə hücuma hazırlaşır. Ona görə də mən bu hücumu öndə qarşılayanlardan olmalıyam. Dedim oğul, səninlə fəxr edirəm, necə məsləhət bilirsən elə də elə ”,-şəhid anası deyir.

Döyüşlər başlayanda Sultan xüsusi təyinatlı kimi elə öndə də olub. Ağır döyüşlərdə mərdliklə vuruşub.

“Sultan mənə telefonda deyirdi ki, ana, bu ermənilər nə qorxaq millətmiş. Bizi görən kimi “qara maskalılar gəldi” deyib silahlarını da atıb qaçırlar. Həmin silahlarla elə onların özlərini vururuq”,-ana bir anlıq dərdini unudub oğlunun şücaətlərindən danışır.

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


Atası Mikayıl söhbətə davam edir, deyir ki, Sultan hələ uşaqlıqdan silahlara, silahlı döyüşçülərə böyük maraq göstərərdi. Yaxşı əl qabiliyyəti var idi.

“Aylarla əziyyət çəkib kağız parçasından Istanbuldakı məşhur Ayasofya məscidinin maketini hazırlamışdı. İndi o maket bizim evin ən qiymətli əşyası hesab olunur. Sultan nə qədər cəsur idisə o qədər də mehriban, ürəyiyumşaq idi. Heyvanlara qarşı da çox mehriban idi. Həyətdə saxladığı pişiklərə hər gün yemək verib sığallayardı.Hətta onlardan biri öləndə hönkür-hönkür ağlamışdı”,-ata xatirələri canlandırır.

“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “


Ata-ananın şəhid övladları haqda xatirələri isə bitib tükənmir. Hər ikisi oğulları ilə qürur duyduqlarını deyirlər. Bununla təsəlli tapırlar ki, Sultanın qanı yerdə qalmayıb, torpaqlar düşməndən təmizlənib.

Gizir Sultan İbrahimov oktyabrın 21-də Zəngilan uğrunda döyüşdə yaralı döyüşçü yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən şəhid olub. Həmin vaxt qardaşı Aqil də müharibəyə yollanmışdı. 3 gün sonra Sultanın cənazəsi evlərinə gətirilib, Aqilin dəfndə iştirak etmək üçün cəbhədən qayıtmasını gözləyiblər. Şəhid böyük izdihamla dəfn edilib. (Virtualaz.org)

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}