Son dəqiqə
İqtisadiyyat / Manset
18-11-2021, 12:15
391
Avropada qazın qiyməti sürətlə artır
Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 1 115 dollar olub.
Bunu "ICE Futures"in məlumatları sübut edir.
Niderlandın TTF indeksinə əsasən dekabr qaz fyuçerslərinin dəyəri ticarət sessiyasının açılışında 1 130 ABŞ dollarını bir qədər ötüb. Gün ərzində sabit artım nümayiş etdirdikdən sonra qiymət 1 185 ABŞ dolları təşkil edib.
Ticarət sessiyasının sonunda qazın qiyməti 1 115 ABŞ dollarına düşüb ki, bu da bir gün əvvəlkindən 1,4 faiz yüksəkdir.
XəbərTv.info