Son dəqiqə
Aktual
28-09-2020, 22:43
928
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
Ermənistan Mülki Aviasiya Komitəsi ölkədəki 18-55 yaş arası kişilərin ölkədən çıxmasına məhdudiyyətlər tətbiq edib.
XeberTv.info “Ria Novosti”yə istinadla məlumat verir ki, bu yaş aralığındakı kişilər yalnız ərazi üzrə hərbi komissarlığın yazılı icazəsi ilə ölkə sərhədlərini tərk edə biləcəklər.