Son dəqiqə
26-10-2021, 08:47
540

Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq

Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq


Türk şurası mövzusuna bu və ya digər aspektdən toxunulan kimi çoxsaylı və ümumən nüfuzlu erməni disparounun təzyiqi ilə Rusiya mətbuatında həm bu birliyin, həm də Ankara ilə Bakının müttəfiq münasibətlərinin Moskva üçün təhlükəli olması mövzusu yayılmağa başlayır.

Maraqlı olan və Türk şurasına üzv dövlətlərə səfərlərim zamanı dəfələrlə müşahidə etdiyim odur ki, bu barədə şuraya daxil olan ölkələrdən daha çox Rusiyada danışırlar. Və burada heç bir paradoks yoxdur. Əgər erməni lobbisi hər fürsətdə bu ideyanın təhlükəliliyini qabardırsa, şuraya daxil olan dövlətlər üçünsə “Türk dünyası” - işıqlı və birgə gələcəyin obrazıdır. Düzdür, bu gələcəyə aparan yol asan və yaxın deyil.



Türk şurası Rusiya üçün təhdid deyil, etibarlı sabitlikdir

Bu birliyin düşmənləri və dostlarının yanaşmalarındakı prinsipial fərq də elə bundadır - O, bir tərəf üçün layihədir, digər tərəf üçün isə hətta layihə mərhələsində belə təhlükədir və nə qədər ki reallaşmayıb, məhv edilməlidir. Ancaq gözlərinə baxaraq “Bu kulturoloji inteqrasiyanın Rusiya üçün təhlükəsini nədə görürsünüz” sualını verəndə, cavab olaraq SSRİ-yə qədərki dövrün geosiyasi reallıqlarının Akunin sayağı interpretasiyası ruhunda Osmanlı imperiyası ilə Rusiyanın tarixi qarşıdurmasına dair ifrat konspiroloji nəzəriyyə səsləndirilir. Ardınca da məhv olmuş Sovet şərqşünaslığının azğın yalançı alimlərinin mağara politologiyasından xəbər verən dəyərləndirmələri eşidilir. Bəli, söhbət Baqdasarovdan, Jirinovskidən və sair siyasiləşmiş cəfəngiyatdan gedir.

Türk qəsdinin Rusiyadakı tərəfdarlarını bölgədəki yeni düzənin mənzərəsi də fikirlərindən daşındıra bilmir: hazırda Moskvanın ən etibarlı müttəfiqləri və əməkdaşları məhz Türk şurasının üzvləridir - Azərbaycan, Özbəkistan, Qazaxıstan, hətta Macarıstan üzərlərinə götürdükləri öhdəliklərə sadiqliklərini dəfələrlə sübut ediblər. Yeri gəlmişkən, Ukrayna, Bolqarıstan, Polşa və hətta Serbiya kimi slavyan qardaşlardan fərqli olaraq. Elə Moskvaya da ən mürəkkəb məsələlərdə Ankara ilə ümumi yanaşma tapmaq, antaqonist Vaşinqton və ya razılaşmalardan qaçan Brüssellə müqayisədə daha asandır. Xatırlamaq yetərlidir ki, olduqca mürəkkəb Suriya məsələsində Rusiya və Türk şurası dialoq və kompromis qərarların qəbulu üçün ümumi platforma işləyib hazırlaya bildilər. Və bunu ABŞ və Avropa ilə birlikdə etmək heç cür mümkün olmur.

Bəli, minillik rus-türk münasibətləri özünü bölgənin bölüşdürülməsi və Avrasiya ərazisində dominantlıq uğrunda qanlı savaşlarda büruzə vermiş etnik-dini qarşıdurmadır. Ancaq Avrasiyanın bütün xalqlarının taleyini həll edən bu iki imperiyanın çoxəsrlik və qanlı müharibələrdən sonra tarixin iradəsi ilə dağılması rusları və türkləri qarşılıqlı anlaşmanın və münasibətlərin yeni reallığına gətirib çıxardı. Hələ yüz il əvvəl həmin imperiyaların parçalarında yaranan ilk dövlətlər dünya siyasətinin gündəliyindəki məsələlərin bir çoxunda böyük fərqlər nümayiş etdirməklərinə baxmayaraq, real siyasətdə uzaqlaşmaq yox, yaxınlaşmaq üçün nöqtələr axtarmağa başladılar.



Əliyev, Putin və Nazarbayev unikal şəxsi etimad mexanizmi yaratdılar

Biz bir-birimizi genetik səviyyədə anlamağı öyrənmişik. Üstəlik, yeni geosiyasət və qlobal dövlətlərin dünya nizamının tam deformasiyası elə bir yeni benəlxalq reallıq yaradır ki, burada regional dövlətlərin rolu yüksəlir və Rusiya ilə Türk dövlətlərinin liderlərinin münasibəti yeni səviyyəyə qalxır. Bölgədə bənzərsiz və unikal mexanizm, SSRİ-nin süqutundan sonra təhlükəsizliyi onillər ərzində qoruyub saxlaya biləcək özünəməxsus sütun - milli liderlər arasında şəxsi etibar - formalaşır. Bu mexanizm, qlobal partlayışdan - əvvəlki dünya sisteminin və beynəlxalq hüququn çöküşündən sonra yaranmış boşluğu doldurur. Bu mexanizmin baniləri də məhz türk liderləri - Heydər Əliyev, Nursultan Nazarbayev, İslam Kərimov olub… Sonralar bu yeni qeyri-rəsmi regional ənənəni Vladimir Putin, Heydər Əliyevin varisi İlham Əliyev, Ərdoğan, İslam Kərimovun varisi Şövkət Mirziyoyev qoruyub saxlayıb və davam etdirib…

Tədricən Rusiyada da anlamağa başlayıblar ki, böyük imperiyanın varisləri təkcə Moskva və Piter yox, həm də Tatarıstan, Başqırdıstan, Dağıstan və Qafqazdır.

Nəhayət, ikinci Qarabağ müharibəsi yeni geoiqtisadi reallıq yaratdı. Yüz ildə ilk dəfə Putin, Əliyev və Ərdoğan yeni tarixi proses üçün şərtlər hazırladı. Bu prosesdə coğrafiya nifaq yox, tərəflər üçün yaxınlaşmaq, inteqrasiya və geostrateji imkanları genişləndirmək mövzusudur.



Əliyev, Putin, Ərdoğan-böyük ittifaqın əsasları hələ 2000-ci illərin əvvəllərində qoyulmuşdu...

Və üç liderin yaratmağa davam etdiyi yeni tarixin ilk böyük layihəsi “Zəngəzur dəhlizi”dir. O, ölkələrin hər üçünə indiyədək təsəvvür olunmayan inkişaf perspektivləri vəd edir. Rusiya özünün tarixində ilk dəfə Fars körfəzinə maneəsiz çıxış qazanır, Türkiyə Azərbaycan vasitəsilə türk və müsəlman dünyası ilə birləşir, üstəlik Orta Asiyadan qaz daşınması üçün dəhliz əldə edir, Azərbaycan isə bolşeviklərdən qalan tarixi problemi həll edərək Naxçıvanla birləşir və Türkiyə bazarlarına birbaşa keçidə nail olur.

Zəngəzur dəhlizi Rusiyanın Türk şurası ilə münasibətlərinin mirvarisi ola bilər.

Və bu, qarşılıqlı əlaqələrin yalnız bir aspektidir. Qlobal götürəndə isə dünya yalnız Rusiya ilə məhdudlaşmır və Türk şurasının əsasında dil, din və mədəniyyət birliyinə söykənən etnik-mədəni məkanın yaranması ideyası dayanır.

Təbii ki, bu prosesin formalaşması Rusiyanın sabitlik qurşağını qorumaq və möhkəmlətməklə bağlı həyati maraqlarına uyğun gəlir - bu cür ictimai-mədəni inteqrasiyanın sayəsində islam dünyasının bu hissəsi beynəlxalq münasibətlərdəki gələcək tektonik dəyişikliklər qarşısında subyektlik əldə edəcək. Və bu dəyişikliklər heç də çox uzaqda deyil…

Müəllif: Elnur Eminoğlu/virtualaz.org/

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}