Son dəqiqə
15-02-2020, 11:41
749

Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...


Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...
“Həmişə uşağa Devit-3 (D vitamini) dərmanını məşhur apteklər şəbəkəsindən (AVİS) 8 manat 50 qəpiyə alırdım. Bu dəfə gedə bilmədim həmin aptekə, eyni dərmanı 3 manat 30 qəpiyə Xırdalanda yerləşən bir aptekdən aldım. Bilmək istəyirəm, eyni dərman bu qədər böyük fərqlə niyə satışda olmalıdır?!”

Bunu vətəndaş Anar Xocayev AYNA-ya müraciətində deyib. Biz də redaksiya olaraq bu suala və narazılığa cavab tapmağa çalışdıq.

Pediatr Vaqif Qarayev dərman qiymətlərindəki fərqə belə şərh verib: “Ən əvvəl qeyd edim ki, ölkədə son illər daha çox həkimlər tərəfindən D vitamini müalicəsi tövsiyə olunur. Bir həkim kimi, öz Günəşi olan, qışda da günəşsiz qalmayan ölkə üçün insanlara davamlı D vitamini müalicəsinin yazılması və kütləvi D vitamini çatışmazlığının diaqnoz kimi ortaya çıxmasına şübhə ilə yanaşıram. İndi hamı D vitamini satır. Bu preparatın tərkibi eynidir. Amma əgər aptek qiymət fərqini bu qədər artırıb, “bizim dərman orijinaldır” deyirsə, onda bir daha ölkədə keyfiyyətsiz, saxta dərman olması faktı ortaya çıxır”.
“Əsas məsələ dərmanın dozalaşdırılmasıdır. Həkim kimi xəstələrimə bu tərkibdə dərmanın ucuzunu yazıram. İllər əvvəl dərmanların satış qiymətlərində lap özbaşnalıq vardı, bunu da apteklərin yerləşdiyi ərazi və obyektin kirayə haqqı ilə əlaqaləndirirdilər. Amma sonradan dövlət qurumu nəzarəti gücləndirdi, onda da bir qrup keyfiyyətli dərman satışdan yoxa çıxdı. İndi də bəzən xəstənin temperaturunu aşağı sala bilmirik. Bu da dərmanların keyfiyyətsizliyi ilə bağlıdır. Eyni dərmanın başqa yerdə böyük fərqlə satılması da bəzən bununla bağlı ola bilir. Azərbaycanın dərman istehsal etməməsi dərman bazarında problemləri artırır”, - mütəxəssis bildirib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Esmira Əkbərova isə AYNA-nın sualını cavablandırarkən deyib ki, satışda olan dərman preparatlarının keyfiyyətinə və qiymətinə Mərkəz cavabdeh deyil: “Biz sadəcə olaraq dərmanların əks təsiri zamanı yaranan problemləri və səbəbləri araşdırırıq. Dərman qiymətləri və yaranan fərqlərlə bağlı sualları İqtisadiyyat Nazirliyi cavablandıra bilər”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə sualımıza belə cavab verib: “Apteklərdə eyni dərman preparatları arasındakı fərqin səbəbi həmin dərmanın hansı ölkədən gətirilməsi ilə bağlıdır. İstehsalçı ölkənin qiymətləri fərqlidir, eyni tərkib olsa belə, qiymətlərin fərqli olması normaldır. Alıcılar onlayın müraciəti yolu ilə Nazirliyin İstehlakçı hüquqlarının qorunması və inhisarçılıqla mübarizə komissiyasına şikayətlərini ünvanlaya bilərlər. Müraciətə daha ətraflı oradan cavab almaq mümkündür. Yaxşı olardı ki, müraciət zamanı konkret dərman barədə əldə olunan şikayət də əlavə olunsun ki, biz araşdırmanı doğru aparaq”.

Yuxarıda adı çəkilən AVİS apteklər şəbəkəsi ilə də əlaqə saxladıq. Oran bildirildi ki, konkret göstərilən dərman Türkiyədən gətirilir deyə, qiymət fərqi yaranır: “Dövlət reyestrində satışına icazəsi verilən bütün dərmanların qiyməti bizdə də başqa apteklərdəki qiymətə satılır. Kənardan alınan dərmanlara isə şirkət özü qiymət qoyur”.

P.S. Onda belə çıxır ki, alıcı bir dərmanı almaq üçün əvvəlcə şəhər apteklərinə tur etməli, daha sonra ən ucuz yerdən dərmanı almalıdır. Aldıqdan sonra isə keyfiyyəti barədə düşüncələrə qapılmalıdır.

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}