Son dəqiqə
23-02-2021, 11:00
4 543

Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər

Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə ediləcək kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Bununla bağlı qurumdan məlumat verilib.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında daxil olan məlumata görə, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2-4 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Bildirilib ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.

XeberTv.info

Digər xəbərlər

İdman jurnalistləri AVRO-2020-nin oyunlarına biletlərlə mükafatlandırıldılar - FOTO
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Xüsusi karantin rejimi - Hansı qadağa və məhdudiyyətlər tətbiq edilir?
Dövlət Yol Polisindən qadın sürücülərə xəbərdarlıq
Cəzaçəkmə müəssisələrində koronavirus aşkarlandı
Zelenski Türkiyəyə dincəlməyə getdi
Metro istifadəçilərinə şad xəbər: yeni stansiya açılır, əlavə qatarlar gətirilir...
Zaqatalada doqquz il əvvəl törədilən qətlin üstü açıldı
“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda qadın dünya çempionuna adam oğurlatdı, işgəncə verdi -
Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq
“Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…” - “Daily Sabah”
AZƏRİŞIQ ASC-nin "mənşəyi bilinməyən" sayğacları problemlər yaradır
"Qarabağ" "Molde" görüşünün yeri və vaxtı açıqlandı
Mehriban Əliyeva Cəbrayıla edilən səfərdən video paylaşdı
“Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”
Daha bir erməni hərbçi həlak oldu
Ermənistan parlamenti Paşinyanı istefaya göndərə bilmədi
Ərinin pulunu sevgilisindən ala bilmədiyi üçün onu öldürdü - CİNAYƏT İŞİ +
“Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir” - GƏLİŞMƏ
Polislər və hərbi qulluqçular təcili Bərdəyə ezam olundu
Rusiyaya "işləyən" ukraynalı general həbs edildi
Türkiyə ordusu daha iki şəhid verdi
İcra başçısının oğlu xanım müğənniyə 120 min dollara "Porsche" aldı - İDDİA
Dumanlı hava şəraiti sabah gündüzədək davam edəcək
BŞİH: “Zəfər” muzeyinin 8 noyabr prospektində yaradılması məqsədəuyğundur
Azərbaycan nefti bahalaşmaqda davam edir
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdi
Azərbaycanın Rusiyadakı səfirliyindən açıqlama
DİM sədri: “Deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”
{sape_links}{sape_article}