Son dəqiqə
24-02-2021, 16:02
4 558

Məcburi köçkünlərin binasında yanğın: 17 mənzilə ziyan dəydi, 1 nəfər xəsarət aldı

Məcburi köçkünlərin binasında yanğın: 17 mənzilə ziyan dəydi, 1 nəfər xəsarət aldı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Məlumatda bildirilib:

“Fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq”.

XeberTv.info

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}