Son dəqiqə
2-04-2021, 15:51
4 529

44 günlük müharibədə evi dağılan vətəndaş: “Kimin adamı varsa...”

44 günlük müharibədə evi dağılan vətəndaş: “Kimin adamı varsa...”


"Vətən müharibəsində mərmidən dağılan evimizi Ağdam rayon İcra Hakimiyyəti tikmək istəmir”.

Bunu Ağdam rayon Sarıcalı kənd sakini İsmayılov Rüfət bildirib. Onun sözlərinə görə, həmin ərəfədə kənddə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəyən, dağılan bütün evlər yenidən tikilib:

"İkinci Qarabağ müharibəsi dövründə kəndimizdə bir çox evlərə mərmi düşüb. Onlardan biri də oktyabrın 8-də bizim evə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğını söndürdülər. Sonra evə baxış keçirildi. Müharibə vaxtı mərmi dəyən evlərin hər biri yenidən tikilib. Amma bizim evə hələ də olduğu kimi qalır. Heç kəs bu evin tikintisinə kömək etmək istəmir. Atam dəfələrlə Ağdam rayon İcra Hakimiyyətində olub. Hər dəfə də ona "həll edəcəyik” deyib, yola salıblar. Nə vaxt düzələcək? Kimin adamı varsa, onun evini düzəldirlər. Biz də kasıb adamlarıq, qalmışıq ortalıqda”.

Ağdam rayon İcra Hakimiyyətindən isə Qaynarinfo-ya verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı zərər dəyən, dağıdılan evlərin qeydiyyatı Nazirlər Kabineti yanında yaradılan komissiya tərəfidən həyata keçirilir:

"Öncə zərər dəyən evlərin siyahısı hazırlanıb. Həmin evlərə komissiya tərəfindən yerində baxış keçirilib, texniki aktlar tərtib edilib. Həmin aktlara əsasən, hazırda zərər dəyən evlərin təmiri aparılır. Bütün bunlar siyahı ilə aparılır. Zərər dəyən evlərə komissiya baxış keçirəndən sonra onların da təmirinə başlanılacaq”.(qaynarinfo)

XəbərTv.info

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}