Son dəqiqə
17-04-2021, 18:48
4 955

Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər

Bakıda quldurlar iki qardaşı 2 min manata görə oğurladılar, işgəncə verdilər


Adam oğurluğunda, quldurluqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən mütəşəkkil dəstənin – 34 yaşlı Osman Nəcəfov, 32 yaşlı Asəf Abbasov, 32 yaşlı Fərid Abdullayev, 26 yaşlı Kənan Xəlilov və 37 yaşlı Amid Rüstəmovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

XeberTv.info-nun virtualaz.org-a istinadən məlumatına görə, dəstə üzvləri iki qardaşı girov saxlamaqda, onlara qarşı zorakılıqda, şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilirlər.

Cinayət işi üzrə Mais və Rüfət Nəcəfov qardaşları, onların atası Nail Nəcəfov (24 yaşlı M.Nəcəfov və 49 yaşlı atası N.Nəcəfov da hazırda həbsdədirlər, məhkəmə zalına konvoy vasitəsilə gətiriliblər-red.) zərərçəkmiş qismində tanınıb.

Əvvəlcə prosesdə şahid qismində polis əməkdaşları dindirilib. Polis əməkdaşı Seymur Şabanov ifadəsində deyib ki, borca görə övladlarının girov götürülməsi ilə bağlı Nail Nəcəfov tərəfindən polis bölməsinə məlumat daxil olub, məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib: ”Atası dedi ki, türmədən sifariş olub, borc məsələsidi. 2 min manat borca görə Yasamalda oğlanlarını maşına qoyub aparıblar. Əməliyyat keçirib Osmanla Amidi Bakıxanov qəsəbəsində restoranın qarşısında saxladıq. Saxlanılan zaman müqavimət göstərib qaçmaq istəyirdilər. Həmin vaxt oğlanlar da onların yanında idilər. Uşaqlar onlara işgəncə verilməsi barədə danışdılar. Dedilər ki, onları taxta parçasıyla döyüblər. Uşaqlardan birinin bədəni qapqara idi”.

Digər polis əməkdaşı Şəhriyar Seyidzadə də anoloji ifadə verib.

Girov götürülən Nəcəfov qardaşlarının anası Hicran Nəcəfova isə ifadəsində göstərib ki, 2019-cu ilin dekabr ayının 29-da gecə saatlarından səhərə qədər hər iki övladından xəbər tuta bilməyib. Səhərə yaxın Kənan adlı bir nəfər həyat yoldaşına zəng vurub və “ya iki min manat gətir, ya da uşaqlarının üzünü bir daha görməyəcəkdən” deyib: “O anda elə bil nəfəsim kəsildi. Nail dedi ki, qorxma, hədə-qorxu gəlirlər, onlar elə iş görməzlər. Tez 102 xidmətinə zəng vurdum, polisə gedib ərizə yazdım, uşaqlarımın evdən çıxıb geri qayıtmadıqlarını dedim. Ağlayıb özümü öldürürdüm ki, bircə balalarım salamat olsunlar. Bu hadisəni yada salmaq belə istəmirəm. Axı siz iki min manata görə niyə mənim uşaqlarımı o cür vurmuşdunuz? O pulu həyat yoldaşım işləyib qaytaracaqdı. İki min manata görə adamı o vəziyyətə salardılarmı? Oğlumun burnu sınmışdı, başının arxasından dəmirlə vurmuşdular, sonradan əməliyyat olundu. Beş nəfər onlar olub, iki nəfər də mənim balalarım. Yenə də Allaha şükür ki, balalarım salamatdır”.

Zərərçəkmiş Rüfət Nəcəfov ifadəsində tanışı Fəridin ona zəng vurduğunu, görüşüb birlikdə çayxanaya getdiklərini deyib: “Qardaşım da yanımdaydı. Çayxananın qarşısında Fərid maşını saxladı. Arxadakı maşından Osman, Kənan və Asəf düşdülər. Kənan dedi ki, pul haqq-hesabı var, Hövsana getməliyik. Bundan sonra mübahisə yarandı. Bizimlə əsas üç nəfər – Kənan, Osman və Asəf dalaşıb. Deyirdilər ki, atan bizə pul çatdırmalıdı. Mən də dedim ki, axı mən niyə pul verməliyəm”.

Zərərçəkmişin ifadəsindən belə məlum olub ki, həmin gecə qardaşı ilə onu Hövsanda Zakir Cəfərov adlı şəxsin mühafizəçi işlədiyi bağ evində saxlayıblar. “Qara” ləqəbli Asəf Abbasov mühafizəçiyə Nəcəfov qardaşlarının onun xalası uşaqları olduqlarını, kirayə ev tapa bilmədiklərini, bir gecəlik bağda qalmaları üçün icazə istəyib. Z.Cəfərov işlədiyi bağ evinin Hövsandakı “Yetimin zapravkası” deyilən əraziyə yaxın yerdə olduğunu, bir azdan ora gələcəyini bildirib. “Qara” nın dediklərinə inanan mühafizəçi Rüfətgilə çay-çörək də verib. Amma qardaşlardan birinin bədənindəki xəsarətlər gözətçinin diqqətindən yayınmayıb. Rüfət gözətçiyə “Qara” ilə mübahisə etdiklərini, sonuncunun onu vurduğunu deyib. “Gecə bağ evində qaldıq. Evdən qardaşıma zəng vurdular, mən cavab verdim. Başımıza gələnləri anama demədim. Sonra atamla danışdım. Atamla danışanda Asəf telefonu aldı, atama dedi ki, pulu gətir, uşaqları götür. Səhər tezdən evdən zəng vurdular ki, pul lazımdırsa göndərək. Pulu bibim oğlu Vüqar İsgəndərzadədən götürmək üçün onunla görüşdük. (Həmin vaxt əməliyyat qrupu da onların arxasınca gedib, pulu Vüqardan aldıqdan sonra dəstə üzvlərinin ikisi saxlanılıb),-zərərçəkmiş bildirib.

Zərərçəkmiş R.Nəcəfovun məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadələri arasında ziddiyyət yarandığından onun istintaqdakı ifadəsi elan edilib. R.Nəcəfov istintaqdakı ifadəsinin bir qismini təsdiq etməyib.

İstintaq zamanı ifadəsində həmçinin, Asifgilin qardaşını və onu taxta parçasıyla, dəmirlə döydüklərini, qaçmasınlar deyə bağda itləri açıq saxladıqlarını, qardaşını dəstə üzvlərinin əlindən almağa çalışdıqda “Qara”nın “sənin başını kəsəcəyəm” deməklə hədələdiyini göstərib. Məhkəmə zamanı isə əksinə “bizi ora heç kim zor tətbiq edərək aparmayıb, qaçmaq istəsəydik, qaçardıq aramızda dava düşüb, dalaşmışıq” və s. bu kimi ifadələr verib.

Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışdıqlarını, şikayətçi olmadıqlarını məhkəmənin diqqətinə çatdırıblar.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Digər xəbərlər

"Hyundai" elektromobillərin istehsalını dayandırır
Azərbaycan nefti 2%-dək ucuzlaşıb
Ayın 28-də ictimai nəqliyyat işləyəcək
Məmurların klinika biznesi....-
“Sipark İnşaat" qanunları necə pozur...
Bakıda minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO
Prezident Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında - YENİLƏNİB+FOTO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Şifahi müsahibə mərhələsindən uğurla keçən vəkilliyə namizədlərin SİYAHISI
Bakıda qadın ərinə HƏYATININ ŞOKUNU YAŞATDI - Elə FOTOsunu yaydı ki...
40 günə arıqlamaq istəyənlərə MÜJDƏ: hər gün bütöv sarımsaq udmaqla...
Qubada beş koronavirus xəstəsi karantin postunda saxlanıldı
"Komissya üzvlərinin qabağına o zəhərli sudan qoymaq lazım idi" - Hüquq müdafiəçisi
Bakıda mərmi tapıldı (FOTO)
Tacəddin şəhidlik zirvəsinə ucaldı
Bakıda kişi dəhşət saçdı: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı
Putinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO
“Keşlə” futbol klubu Şamaxıya köçür
Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub - RƏSMİ -
Bakıda 90 LO 777 dövlət qeydiyat nişanlı avtomobili dayanacaqda saxlayan kimin övladıdır? - VİDEO
Putin göstəriş verdi: Rusiya başlayır...
Düşmən Füzulini atəşə tutur
Türkiyə ordusu daha iki il Suriya və İraqda qalacaq
DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Azərbaycanda türkürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
Karantin rejimi 30 sentyabra qədər uzadıldı
Azərbaycanın sabiq daxili işlər naziri vəfat etdi
Sabahın hava proqnozu açıqlandı
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
{sape_links}{sape_article}