Son dəqiqə
21-04-2021, 10:32
5 213

Gəncədə avtoxuliqanlıq edən sürücü həbs olundu

Gəncədə avtoxuliqanlıq edən sürücü həbs olundu


Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq, şəhər ərazisində qanunla müəyyən edilmiş sürət həddində hərəkət etməyi, avtomobillər arası ara məsafəsinin saxlanılması, dayanma-durma və digər zəruri qanunlara riayət etdilməsi barədə tövsiyələr verib. Bundan başqa avtomobildə konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb.

Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ 2115” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E.Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.(qafqazinfo)

XeberTv.info

Digər xəbərlər

Azərbaycan nefti bahalaşdı
Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Ermənilər Şurnuxunu da yandırırlar
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Yoluxanların sayı açıqlandı
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub
“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Maraqlı anlar fotolarda
Vahid Ələkbərov Rusiyada sərvəti artan milyarderlər siyahısında ilk yerdə
Bakıda it qadını sürüdü..
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat
Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar
"Dəniz Qüdrət" Qurbanov və Həbib Həsənov da yola salınır
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi”
Türkiyə MN: Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri uğurla başa çatıb
Mikayıl İsmayılovun zavodu` İFLAS HƏDDİNDƏ...
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - TAM MƏTN
“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar -
Bəhram Bağırzadə vaksinasiyadan yazdı: “Düşünün və düzgün seçim edin”
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
BMT Azərbaycandan yardım istədi
Kəlbəcər əhalisinin sayı açıqlanıb
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
21 yaşlı norveçli İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq
Zelenski içkili halda xalqa müraciət etdi -
Azərbaycanın bəzi ictimai-siyasi xadimləri Rusiyaya xidmət edir? - DTX-dən açıqlama
Hesablama Palatası: Ötən il 75 milyon manatlıq səmərəsiz xərc aşkarlanıb
Polis Bərdədə əməliyyat keçirdi, 11 nəfər saxlanıldı - VİDEO
{sape_links}{sape_article}