Son dəqiqə
Dünya / Kriminal
29-03-2021, 07:46
4 814
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
Türkiyədə küçə davasında azərbaycanlı qadın bıçaqlanıb.
XeberTv.info “haberler.com”-a istinadən bildirir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib.
Belə ki, inşaatda çalışan iki dost - S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava düşüb.
Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.
Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.
Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.