Son dəqiqə
25-04-2019, 15:15
1 110

İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum

İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum



Bakucity.az-a istinadən xəbər verir ki, aprelin 24-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib. Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.

Keçmişdən gələcəyə

Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.

Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.

Digər fotoqraf B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.

Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.

Yeni muzey açıq havada yerləşir

Jurnalistlər XVII əsrə aid olan yeraltı hamamın konservasiyası ilə tanış olub. Burada işlər keçən ilin may ayında başlayıb. Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, mənfi hava şəraiti iş prosesini ləngitsə də, havaların isinməsi işləri sürətləndirəcək.

Bunu da oxu: Bakıda hansı ərazilər söküləcək? - Baş planın 2-ci mərhələsi
Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Hamam temperatur rejimini sabit saxlamaq üçün yer səthindən aşağıda inşa olunub. Onun birinci otağı çay və kofe içmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bərpa olunan hamamın unikal strukturu qorunur. Heç bir müasir əlavə yoxdur. Yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz edilmiş bütün daşlar da qədim dövrə uyğundur. Binanın içərisində saxlanılan tarixi elementləri orijinal formada görməyə imkan verəcək konservasiya işləri aparılır.

Təmir zamanı hamamdan tapılan ağac parçası bu memarlıq abidəsinin yaşını müəyyən etmək üçün Almaniyaya göndərilib.

Restavrasiya başa çatdıqdan sonar burada açıq hava muzeyi yaradılacaq və ziyarətçilər orta əsrlər aid abidənin gözəlliyini daha yaxından görəcəklər.

Divarların yeni həyatı

Jurnalistlər qala divarlarında aparılan təmir işləri ilə də tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, tanınmış televiziya və radio aparıcısı Rahib Azəri qeyd edib ki, burada abidənin orijinal və unikal xarakterini qorumaq üçün diqqətli iş görülür:

"Bütün bu işlərin əsas məqsədi tarixi abidələrin qədimiliyini qorumaqdır. İşçilər əllərindən gələni edirlər ki, bura müasir bina divarlarına bənzəməsin. Hətta burada quraşdırılan tikinti konstruksiyaları divarlara toxunmur, məsafə həmişə qorunur. Bildiyiniz kimi, daha əvvəl divarlarla təmasda olan restoranlar var idi, buna görə bu binaların sökülməsi qərara alındı. Hazırda bu abidə üçün təhlükə yoxdur".

Beləliklə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda iş tam sürətlə davam edir. Bu da o deməkdir ki, tezliklə paytaxtımızın unikal yerlərindən biri həm sakinlər, həm də qonaqlar üçün daha da maraqlı olacaq. Bizə isə "İçərişəhər"in yeni künclərini görmək imkanını səbirsizliklə gözləmək qalır.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşdı
Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Ermənilər Şurnuxunu da yandırırlar
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Yoluxanların sayı açıqlandı
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub
“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Maraqlı anlar fotolarda
Vahid Ələkbərov Rusiyada sərvəti artan milyarderlər siyahısında ilk yerdə
Bakıda it qadını sürüdü..
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat
Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar
"Dəniz Qüdrət" Qurbanov və Həbib Həsənov da yola salınır
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi”
Türkiyə MN: Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri uğurla başa çatıb
Mikayıl İsmayılovun zavodu` İFLAS HƏDDİNDƏ...
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - TAM MƏTN
“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar -
Bəhram Bağırzadə vaksinasiyadan yazdı: “Düşünün və düzgün seçim edin”
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
BMT Azərbaycandan yardım istədi
Kəlbəcər əhalisinin sayı açıqlanıb
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
21 yaşlı norveçli İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq
Zelenski içkili halda xalqa müraciət etdi -
Azərbaycanın bəzi ictimai-siyasi xadimləri Rusiyaya xidmət edir? - DTX-dən açıqlama
Hesablama Palatası: Ötən il 75 milyon manatlıq səmərəsiz xərc aşkarlanıb
Polis Bərdədə əməliyyat keçirdi, 11 nəfər saxlanıldı - VİDEO
{sape_links}{sape_article}