Son dəqiqə
Cəmiyyət
17-05-2021, 15:49
2728
Bu marşrut xəttində gediş haqqı AZALDILDI
M8 ekspres xətti üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib.
Xəbərtv.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli “Twitter” də məlumat verib.
O bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspres xətti (Maştağa qəsəbəsi - “Gənclik” m/st) adi rejimə keçirilib:
“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib”.