Son dəqiqə
17-05-2021, 23:13
2898

"Azəriqaz"dan vətəndaşlara SİTƏM...



“Azəriqaz” İstehsalat Birliyi Qobudakı 5 küçənin qazlaşdırılmasını sanki “qiyamətə saxlayıb”.

Bu barədə Yenicag.az-a məlumat verən sakinlərin sözlərinə görə, ötən il Qobuya qaz çəkilsə də, 60 ailənin məskunlaşdığı 5 küçə mavi yanacağa həsrət qalıb.

Sakinlərin sözlərinə görə, problemlə əlaqədar “Azəriqaz”a dəflərlə müraciət etsələr də, nəticə olmayıb. Son məqamda “Azəriqaz”dan onlara bildirlib ki, həmin ərazi qazlaşdırma planına düşməyib. Ərazi nə vaxt plana düşəcəksə, o zaman Qobudakı sözügedən 5 küçəyə qaz çəkiləcək.

“Azəriqaz”dan əli üzülən sakinlər son ümid yeri kimi prezident İlham Əliyevə məktub yazıblar. Dövlət başçısına məktub yazıldıqdan sonra Prezident Administrasiyasından Qobuya nümayəndə gəlib və əraziyə hələ də qaz çəkilmədiyinə təəccüblənib. O, məsələ ilə ciddi məşğul olacağına və 5 küçənin qazlaşdırılacağına söz verib.

Bu vədin üstündən 8 ay keçməsinə baxmayaraq, Qobunun o 5 küçəsinə hələ də qaz çəkilməyib. Nəticədə paytaxt Bakının obrazlı desək, bir addımlığında yerləşən qəsəbənin sakinləri ucqar dağ kəndindəki kimi odun yandırmaq məcburiyyətində qalıblar.

Qeyd olunan ərazinin sakini Çingiz Rzayev bildirib ki, həmin küçələrdəki evlərin sənədləri tam qaydasındadır və əraziyə qaz çəkilişinə mane olan hər hansı səbəb yoxdur:

“5 ildir, burada qanuni əsaslarla ev tikib yaşayırıq. Ancaq dağ kəndlərinin əhalisi kimi hələ də odundan istifadə etmək məcburiyyətindəyik. Çünki qəsəbədəki ətraf küçələrin hamısı qazlaşdırılsa da, bizim ərazidəki 60 ailənin məskunlaşdığı 5 küçəyə qaz çəkilmir. Elə bir vəziyyət yaranıb ki, qaz çəkilən küçələrə həsəd aparırıq”.

Qobuda qazlaşdırılmayan 5 küçədə yaşayan Arif Rəhimov, Çingiz Rzayev, Valeh Cabbarov və ərazidə yaşayan digər sakinlər adından ölkə rəhbərliyinə müraciət edilərək problemin, nəhayət aradan qaldırılması xahiş olunub.

XəbərTv.info

Digər xəbərlər

Türkiyədə dəhşətli qəza - 5 ölü, 38 yaralı
Təhsil Naziri: "Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq"
Prezident yol tikintisinə 2,2 milyon manat ayırdı - SƏRƏNCAM
İsmət Qayıbova ithaf olunan roman çap edildi
Ukrayna ilə bağlı GÖZLƏNİLƏN QƏRAR VERİLDİ
Yasamalda işıqforlar işləmədi, tıxac yarandı
Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
Bakıda qan donduran cinayətin təfərrüatı məlum olub
Anar Mədətovun 2-ci xanımı danışdı: “Gec, ya tez, onsuz da…” – Video
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz – QADAĞA SİYAHISI
Bakıda mebel salonunun işçisini cərəyan vuraraq öldürdü
Donald Tramp və xanımı koronavirusa yoluxdu
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Akademik Zərifə Əliyevanın anım GÜNÜDÜR
Tokio Olimpiadası: Rafael Ağayevdən ikinci qələbə - FOTO
Azərbaycanda bələdiyyə sədrinin meyiti tapıldı
İlham Əliyev MHP sədrinin müavinini qəbul edib
Prezident onlara “Xalq artisti” fəxri adını verdi
Cavid Qurbanovun dəstəklədiyi namizədin meyxanalı roliki - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Mixail Qorbaçovdan Qarabağla bağlı açıqlama
Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...
“Ukrayna məğlub olsa, Avropa da süqut edəcək” - Zelenskidən çağırış
Azərbaycanda 11 min 530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb
“Ermənistanın gətirdiyi PKK-çıların əksəriyyəti məhv edilib”
Türkiyə Ordusunun tanınmış terrorçunu məhv etməsinin görüntüləri yayılıb - VİDEO
Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
{sape_links}{sape_article}