Son dəqiqə
21-06-2021, 09:21
1975

Qarabağda Azərbaycana qarşı döyüşən 13 erməninin məhkəməsi başlayır

Qarabağda Azərbaycana qarşı döyüşən 13 erməninin məhkəməsi başlayır


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

XəbərTv.info

Digər xəbərlər

Xidmət rəisi: “Cəbhəyə könüllü getmək üçün müraciət edən və qeydiyyata alınanlar arasında qızlar da var”
Mətanət Pirquliyeva Sumqayıt Dövlət Texniki Kolleci bazara çevirib- Nazirin nəzərinə...
Taleh Qaraşov təcrübəli idarəçilik bacarığına sahib olan vəzifə sahibidir
Ordumuza məxsus PUA vurulmayıb
Ramiz Mehdiyev qalmaqallı toyla bağlı AÇIQLAMA verdi
Deputat: “Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”
Azərbaycanda vəzifəli şəxs vəfat edib
Livan erməniləri əslində bu səbəbdən Qarabağda döyüşür
İcra başçısı koronavirusdan öldü - FOTO
Günün qoroskopu -  26.12.2019
Abşeronda 6 ay əvvəl asfaltlanan yol dağıldı - FOTOLAR
Fransa XİN: "Fransa "Dağlıq Qarabağ respublikası"nı tanımır"
Yeni medal təsis edildi
Röyanın yataq görüntüləri yayıldı: GÖRÜN NƏ EDİR – ŞOK GÖRÜNTÜLƏR
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Ortaq Monitorinq Mərkəzində yer alacaq türkiyəli hərbçilər artıq Azərbaycandadır
Həmsədrlər yenə gəlir - Xankəndiyə gedəcəklərsə...
Ağsuda gənc ana intihar etdi
Tarkan ilk dəfə qızının şəklini paylaşdı - FOTO
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır
Mixeil Saakaşvili: "Gürcüstanın Avropa ilə vizasız rejimi yaxşı fikir deyildi"
Füzulidə erməni təxribatı
Prezident BDU-nun sabiq və indiki rektoru ilə - Fotolar
Şabranda baş verən yanğın söndürüldü -
“Bu xəbər İlham Əliyevə çatan kimi Nəcməddini qovdu” - ŞOK İDDİA
Yoluxanların sayı 300-ə çatır
Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada öldü
İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Bakıda ata və oğul borc pul üstündə qan tökdü
{sape_links}{sape_article}