Son dəqiqə
26-07-2021, 09:36
2656

Biləsuvarın ədalətsiz YEZIDI - VİDEO

Biləsuvarın ədalətsiz YEZIDI - VİDEO


Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən üzüsulu uzaqlaşandan sonra onun kadrlarının “kürkünə birə düşüb”. Yolunun sonu görünən struktur vahidlərindən biri də Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Bildirilir ki, Ədalət Babayev yüz hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirib. Lakin həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib. Başqa pambıq becərən kəndliləri isə susuz qoyub.



Yeri gəlmişkən, Ədalət Babayev suvarma suyu ilə təmin etməyib təsərrüfatlarına ziyan vurduğu zəhmətkeşləri susdurmaq üçün onları şərləməkdən belə çəkinmir. Məsələn, o, iki il əvvəl rayon sakini 1974-cü il təvəllüdlü Maqsud Abbasova susuzluqdan yanmış pambıq məhsuluna dəymiş ziyanın qarşılığında ona 1500 manat kompensasiya təklif edib ki, yuxarı orqanlara yazdığı şikayətlərə son qoysun. Razılaşdıqdan sonra pulu R-4 Sudan İstifadəedənlər Birliyinin direktoru Mahir Həsənovun vasitəsilə Maqsuda göndərib, ondan daha şikayət etməyəcəyi barədə ərizə alıb. Digər yandan polisi işə cəlb edərək, pul verilən anda Maqsudun yaxalanmasını təşkil edib. İddia qaldırıb ki, guya Maqsud onları rüsvayçı video-materiallarla şantaj edərək hədə-qorxu gəlmək yolu ilə pul istəyib. Maqsud Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Əlində hansı rüsvayedici video-görüntülər olması da üzə çıxmayıb. Buna baxmayaraq, məhkəmə M.Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. M.Abbasovun apellyasiya şikayəti də təmin olunmayıb.
Məlumata görə, Ə.Babayev topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirib. Tikintisinə idarənin özünün fəhlələri cəlb olunubmuş ki, bu da qanuna ziddir.
Rayonda uşaqdan böyüyə hamıya bəllidir ki, Ə.Babayevin polisə işə düzəltdiyi oğlu bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq edir. O da bildirilir ki, Babayev öz qohum-əqrəbasını başına toplamaqla məşğuldur, köhnə işçiləri isə haqsız yerə kənarlaşdırır. Bu yaxınlarda heç bir səbəb olmadan işdən qovduğu İlham Xanlar oğlu Babayev 6 nəfərlik ailə üzvü ilə çörək pulundan məhrum olub. Şikayətinə baxan yoxdur, başçı Faiq Qürbətovun qəbuluna düşməsinə imkan vermirlər. Bu məsələ ilə əlaqədar KİV-də yayılan məlumatda həmçinin bildirilir ki, Ə.Babayev Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satıb. Bundan başqa, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyən rəis onun materiallarını və ərazisini də hərraca qoyub.



Dəryaz qəzetinə verilən informasiyaya görə, Ə.Babayevin ən əsas gəlir mənbələrindən biri də yanacaq alveridir ki, bu işi qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirir. Təkcə yanacaq və sürtgü materialları, motor yağları deyil, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabıları da dükanlara verilərək satdırılır.

Həmçinin, Ə.Babayevin Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri vardır. İdarəyə məxsus texnika şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələri inşa etməklə məşğuldur.

İnanmaq istəyirik ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Ədalət Babayevin yerinə daha layiqli kadr tapmağı məqsədəuyğun hesab edəcək.

P.S Ədalət Babayev suyu özünün əkdiyi hektarlarla əkin sahəsinə buraxır

Qeyd edək ki, məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün Ədalət Babayevə dəfələrlə müraciət etsək də, o bizim etdiyimiz müraciətlərə məhəl qoymadı.

XəbərTv.info

Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}