Son dəqiqə
İdman
3-08-2021, 15:23
2455
Tokio-2020: Güləşçimiz ermənini məğlub edərək bürünc medala sahib çıxdı - VİDEO
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio Olimpiadasında ölkəmizə üçüncü bürünc medalı qazandırıb.
XəbərTv.info məlumat verir ki, o, bu gün bürünc medal uğrunda döyüşdə Ermənistan təmsilçisi Karapet Çalyanı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu Azərbaycanın Tokio Olimpiadasında sayca üçüncü medalıdır. Bundan öncə cüdoçu İ.Kindzerskaya və boksçu A.Domingez uğura imza atıblar.