Son dəqiqə
4-09-2021, 12:38
2419

Payız öncəsi qaynar müzakirə: Bir qanun layihəsi ətrafında yaranan suallar...

Payız öncəsi qaynar müzakirə: Bir qanun layihəsi ətrafında yaranan suallar...

Milli Məclisin payız sessiyası başlamamışdan öncə bir qanun layihəsinin hazırlanması barədə verilən açıqlama sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Söhbət “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin ərsəyə gətirilməsindən gedir. Obyektivlik naminə deyək ki, bu, heç də yeni fikir deyil, amma mövzu istər parlamentin “payızı”, istərsə də təbiət payızı öncəsi qaynar müzakirələrin mərkəzinə gətirilir.

Milli Məclisin yaz sessiyası dövründə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev həmin qanun layihəsinin anonsunu vermişdi, hərçənd həmin zaman bu məsələ diqqət cəlb etmədi və müzakirələrdən kənarda qaldı.

Payız sessiyası öncəsi Bəxtiyar Əliyev bildirdi ki, qanun layihəsinin hazırlanması üçün işlər gedir. Sosial şəbəkələrdəki ironik yanaşma tərzindən və lağ-lağı obyektinə çevrilən fikirlərdən uzağıq, ancaq bəzi sualları səsləndirmək zərurətinin yarandığını da dərk edirik.

Öncəliklə deyək ki, vətənpərvərlik yaxşı hissdir, qürurvericidir, amma nəzərə alaq ki, hərə vətənpərvərliyi fərqli baxış bucağından dəyərləndirir. Vətənpərvərliyin meyarları çoxdur, bu, ictimai fikir və ictimai münasibətlərlə tənzimlənir.

İndi sual edirik: Qanun layihəsi hazırlansa, vətənpərvərliyin barometri, ölçü meyarları o sənəddə necə göstəriləcək?

Başa düşürük, yəqin ki, Bəxtiyar müəllimə müraciət etsək, deyəcək ki, bu qanun layihəsi vətənpərvərlik tərbiyəsi ilə əlaqədardır.

Elm və təhsil komitəsinin üzvləri, hörmətli millət vəkilləri! Axı vətənpərvərlik və ya onun tərbiyəsini qanunla tənzimləmək o ülvi hissləri çərçivəyə salmaq anlamına gəlmirmi? Nədənsə, mənim baxış bucağım belədir, vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. İndi biz hansı ailəyə deyə bilərik ki, uşağı bu qanun çərçivəsində tərbiyə et, etməsə belə, buna inzibati nəzarəti həyata keçirmək praktiki olaraq da mümkün deyil.

Vətən müharibəsində Azərbaycanın qələbəsi, yaranan yeni geosiyasi reallıq əlbəttə ki, qanunvericiliyə də dəyişikliklər tələb edə bilər, bunu hüquqşünas deputatlarımız daha yaxşı izah edər.

Amma vətənpərvərlik, onun tərbiyəsi, tənzimlənməsi nə deməkdir? Açığı bu, hələ ki, populizm və boğazdan yuxarı bir təklif kimi səslənir.

Hər bir qanunun pozulmasına görə, məsuliyyət nəzərdə tutulur. Buna görə də digər sual ortaya çıxır: Qanun layihəsi qəbul edilsə, onun maddələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət necə müəyyən ediləcək? Axı elə məsələlər var ki, onları qanunla tənzimləmək mümkün deyil, Vətən müharibəsindən sonra heç buna ehtiyac da duyulmur.

Onsuz Vətən müharibəsi ictimai baxışı dəyişdi, xalqın vətənpərvərlik hissləri gücləndi, hətta elə bir həddə çatdı ki, bu hisslərdəki xəyallar ölkə sərhədlərini də aşdı və başqa coğrafiyaya köçürüldü. Bu abzasdakı fikirlər mənə görə vətənpərvərlikdir, amma digəri bu mövqeyimin vətənpərvər fikir olmadığını da arqumentlərlə əsaslandıra bilər. Yəni vətənpərvərlik hissləri ali hisslərdir, ancaq həm də nisbidir.

Hələlik qanun layihəsi hazır deyil, biz sadəcə ilkin mərhələ üçün yaranan sualları səsləndirdik. Sənəd hazırlanandan sonra, onunla tanış olduqdan sonra isə yeni müzakirələr aça bilərik...

XəbərTv.info

Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}