Son dəqiqə
Manset / Ölkə
8-09-2021, 14:19
2412
Həbsdə olan Ağstafanın sabiq icra başçısı koronavirusdan vəfat edib
Həbsdə olan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev bu gün səhər dünyasını dəyişib. Sabiq icra başçısı Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.
Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
XəbərTv.info